Rusiya iqtisadiyyatı yaxın illərdə bərpa olunmayacaq
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Rusiya iqtisadiyyatının yaxın dövrdə sürətli bərpa şansı məhdud görünür”.
Bu barədə "Cebheinfo.az" “Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi”nin (TsMAKP) hesabatına istinadən məlumat yayır.
Hesabatda bu il artımın 0,8–0,9 faiz aralığında qalacağını, gələn il isə 1 faizi keçməsinin gözlənilmədiyini bildirilib.Daha əvvəl 2027-ci il üçün proqnozlaşdırılan 1,8–2 faiz artım gözləntisi 1–1,4 faiz səviyyəsinə endirilib.
2028-ci ildə də artımın cəmi 1,2–1,5 faiz olacağı ehtimal olunur. Ekspertlərin qiymətləndirmələrinə görə, üç ildən çox davam edən xüsusi hərbi əməliyyat xərcləri iqtisadiyyatı yeni durğunluq dövrünə salıb.
Ötən il 4,3 faiz böyüyən iqtisadiyyat bu ilin üçüncü rübündə cəmi 0,6 faiz artım göstərə bilib. Sənaye istehsalı demək olar ki, dayanma nöqtəsinə yaxınlaşıb, bir çox mülki sektorlar isə kiçilməyə başlayıb. Hökumət isə hələ də nikbin mənzərə sərgiləyir.
Rəsmi proqnozlara görə, iqtisadiyyat 2025-ci ildə 1,3 faiz böyüyə bilər, 2027–2028 dövründə isə artımın 2,5–2,8 faiz aralığına yüksələcəyi gözlənilir.
Bunun əksinə olaraq beynəlxalq qurumlar daha ehtiyatlı yanaşır. 2028-ə qədər Rusiyanın 1 faizdən yüksək artım göstərəcəyini gözləməyən təhlillər yaxın illərin aşağı tempolu və uzunmüddətli durğunluq dövrü olacağına işarə edir.Bəzi qiymətləndirmələrdə isə ölkənin təxminən on illik zəif artım mərhələsinə qədəm qoya biləcəyi qeyd olunur.
İqtisadiyyat üzrə aparılan araşdırmalar istehsal strukturunun getdikcə daha az səmərəli sahələrə yönəldiyini vurğulayır. Ekspertlərə görə, yüksək texnologiya sahələrinin arxa plana keçirilməsi, mülki istehsalın zəifləməsi və iqtisadi prioritetlərin əsasən müdafiə sənayesinə yönəlməsi “tərsinə sənayeləşmə” prosesi kimi qiymətləndirilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















