Icma.az
close
up
RU
Rusiya İran dronları və texnologiyaları üçün qızıl ödəyib WP

Rusiya İran dronları və texnologiyaları üçün qızıl ödəyib WP

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya, İranın pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı istehsalını təşkil etməyə imkan verən texnologiyalara görə ödənişi qızıl şəklində edib.

Bizimyol.info xəbər verir ki, "The Washington Post" qəzetinin Vaşinqtondakı C4ADS tədqiqat qrupuna istinadən yazdığına görə, "Moskva ilə Tehran arasındakı tərəfdaşlıq Rusiyanın hava imkanlarını köklü şəkildə dəyişdi və iki beynəlxalq təcrid olunmuş ölkənin münasibətlərini yeni mərhələyə çıxardı".

İki il əvvəl İran və Rusiya arasında imzalanan saziş dönüş nöqtəsi olub. Həmin vaxtdan etibarən Rusiya Tatarıstandakı "Alabuga" xüsusi iqtisadi zonasında İranın "Shahed-136" kamikadze dronlarının yığılmasını təşkil edib. Bu dronlar Rusiyada “Geran-2” adı ilə tanınır. Onlar yüzlərlə kilometr uçuş məsafəsinə və 54 kq partlayıcı daşımaq gücünə malikdir.

Sızdırılmış sənədlərə və açıq mənbələrə əsasən, Rusiya yalnız bank köçürmələri ilə deyil, həm də 104 milyon ABŞ dolları dəyərində qızıl külçələri ilə ödəniş həyata keçirib. Bank əməliyyatları Birləşmiş Ərəb Əmirliklərindəki maliyyə qurumları vasitəsilə aparılsa da, qızılın istifadəsi sanksiyalardan yayınmaq və əməliyyatların izlənilməsini çətinləşdirmək məqsədi daşıyıb.

"Qızıldan istifadə dollar ehtiyatlarının məhdud olduğu və ya ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qala biləcəyi şəraitdə tərəflərə alternativ variant imkanı verir. Qızıl köçürmələri ənənəvi maliyyə sistemlərini keçərək minimal rəqəmsal iz buraxır və əlavə anonimlik təmin edir", – deyə hesabatda bildirilir.

İdxaldan yerli istehsala keçid Rusiyanın taktikasını ciddi şəkildə dəyişib. Ukrayna tərəfinin məlumatına görə, demək olar ki, hər gün 100–110 dronla hücumlar baş verir. 2025-ci ilin mayında bir gecədə 300 dronla həyata keçirilmiş hücum müharibə başlayandan bəri ən irimiqyaslı hücumlardan biri olub.

"The Washington Post" yazır: “Saziş nəticə verdi. Rusiya qanadlı raket çatışmazlığı fonunda dron istehsalını artıraraq bu boşluğu doldura bildi və indi artıq bu sahədə müstəqil şəkildə istehsalı genişləndirə bilir”.

Yeni dronlar artıq orijinal "Shahed-136"dan fərqlənir.

"Həmin dronlar daha sürətli, daha yüksəkdə uça bilir və daha ağır döyüş yükü daşıyır. Bu da onları Ukraynanın mobil hava hücumundan müdafiə sistemləri üçün daha az əlçatan edir. Alabugadakı zavodda artıq "Geran-3" — reaktiv mühərrikli, daha sürətli və interception-dan yayınma qabiliyyətinə malik versiya hazırlanır", – deyə hesabatda qeyd olunur.

Ukrayna Prezidenti Vladimir Zelenski bu həftə bildirib ki, Rusiya hazırda gündə 300–350 uzaqmənzilli dron istehsal edir. Ukrayna isə məhdud resurslar səbəbilə yalnız 100-ə yaxın PUA yığa bilir.

C4ADS tədqiqatçısı Ömər Əl-Ğusbi: "Biz müşahidə edirik ki, Rusiya "Geran-2"nin idxalından lokal istehsalına, indi isə "Geran-3"ün hazırlanmasına keçib. Lokallaşma kifayət qədər uğurla gedir. Artıq biz müxtəlif modifikasiyaları və platformanın yeni versiyalarını qeydə alırıq", - qeyd edir.

C4ADS-in hesabatı məlumat sızmaları və açıq mənbələrə əsaslanır. Bu mənbələr İranın pilotsuz texnologiyalarının Rusiyaya ötürülməsini izləməyə imkan verir. Ən mühüm məlumatlardan biri, İranın Müdafiə Nazirliyi ilə əlaqəli olduğu ehtimal edilən və Rusiya, Çin, Venesuelaya komponentlər tədarük edən "Sahara Thunder" adlı şirkətə aid 10 GB-lıq sənədlər toplusu olub. C4ADS-in məlumatına görə, bu şirkət Tatarıstanla sıx əməkdaşlıq edib. 2024-cü ilin aprelində ABŞ bu şirkətə qarşı sanksiyalar tətbiq edib. Ardınca "Sahara Thunder" ləğv prosesi başladaraq, görünür ki, sanksiyalardan yayınmağa çalışıb.

Hesabatda: "Bu tərəfdaşlıq qlobal sanksiyaların məhdudiyyətlərini ortaya qoyub. Sanksiya tətbiq olunan subyektlər uyğunlaşır və onların yerini yeniləri tutur. Bu sxemləri anlayaraq və qarşısını alaraq onların fəaliyyətini məhdudlaşdırmaq mümkündür", - deyə vurğulanır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri