Rusiya İran Hərtərəfli Tərəfdaşlıq Sazişi qüvvəyə minib
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Bu gün Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi rəsmən qüvvəyə minib.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi müqaviləni iki ölkə münasibətlərində mühüm mərhələ adlandırıb.
Müqavilə uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, beynəlxalq arenada koordinasiyanı, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsini, eləcə də ortaq çağırışlara qarşı birgə səyləri nəzərdə tutur.
Sənəd, habelə, Rusiya və İran rəhbərliyinin dostluq və mehriban qonşuluq münasibətlərini daha da gücləndirmək niyyətini əks etdirir.
Xatırladaq ki, yanvarın 17-də Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian Kremldə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















