Icma.az
close
up
RU
Rusiya, İran və Çinin nüvə proqramı ilə bağlı görüşü uğurlu olub Ulyanov

Rusiya, İran və Çinin nüvə proqramı ilə bağlı görüşü uğurlu olub Ulyanov

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İranın nüvə proqramı ilə bağlı Pekində Rusiya, İran və Çinin üçtərəfli görüşü uğurlu olub və Vyanada onun nəticələrinə dair məsləhətləşmələr davam edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov mətbuat konfransında deyib.

"Demək lazımdır ki, Rusiya, Çin və İran öz mövqelərini sıx əlaqələndirirlər. Pekində məhz bu aspekt diqqət mərkəzində olub. Ümumilikdə görüş uğurlu oldu. Nəticədə problemlərin ilk növbədə siyasi-diplomatik vasitələrlə həllinin zəruriliyi ilə bağlı çox düzgün, münasib tezisləri əks etdirən birgə bəyanat verildi”, - deyə Ulyanov izah edib.

Onun sözlərinə görə, Pekin görüşündə iştirak edən iranlı nazir müavini bazar ertəsi Vyanada olub. "Hazırda o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb. Və saat yarımdan sonra biz onu çinli həmkarımızla birlikdə İran nümayəndəliyində qarşılayacağıq. Yəni bu proses ciddi sistemli əsaslara yönləndirilib. Bu çox vacibdir", - deyə diplomat qeyd edib.

Pekində keçirilən məsləhətləşmələr çərçivəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov, Çinin xarici işlər nazirinin müavini Ma Çjaoxu və İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi arasında görüşlər keçirilib. Tərəflər xüsusilə İranın nüvə enerjisi infrastruktur obyektlərinə qarşı təhdidlərin və hərbi güc tətbiqinin qəti şəkildə yolverilməzliyini vurğulayıblar.

Eyni zamanda, Ulyanov “Hazırda İranın nüvə proqramı ilə bağlı beynəlxalq aləmdə mənfi izin olduğuna” diqqət çəkib. "İranı təminat müqaviləsinə əməl etməməkdə ittiham edən qətnamənin qəbulu ideyası", - deyə o, izah edib: "Ancaq heç bir müsbət iz yoxdur. ABŞ danışıqlara hazır olduğunu bildirənə qədər də görünməyəcək. Ona görə də, danışıqlar başlasa, üçtərəfli formatda iş görüşlərinin keçirilməsi daha da tələbatlı olacaq və çox faydalı olacaq", - deyə Rusiyanın Vyanadakı daimi nümayəndəsi əminliyini ifadə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri