Icma.az
close
up
RU
Rusiya İrana hərbi yardım etmək iqtidarında deyil

Rusiya İrana hərbi yardım etmək iqtidarında deyil

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail baş naziri Benyamin Netanyahunun aprelin 7-si ABŞ səfərinə qədər Suriyaya qarşı keçirdiyi əməliyyatlarla və etdiyi aviazərbələr səbəbindən Türkiyə ilə münasibətlərin gərginləşdiyi görünürdü. Netanyahu ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı dəstəyinə hesab götürsə də əksinə, görüşdən sonra Trampın Türkiyə prezidenti Ərdoğana dəstəyini bildirməklə faktiki İsrail - Türkiyə arasında gərginliyi müvəqqəti də olsa aradan qaldırdı.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Türkiyənin Suriyada hərbi baza qurmağını İsraili strateji hədəflərinə maneə hesab etməsindən aralarında gərginlik dərinləşmişdi və hətta bəzi hərbi toqquşma ehtimalı da yaranmışdı:

"Netanyahu ABŞ səfərinə qədər Türkiyə ilə artan gərginlik fonunda Suriyanın ABŞ, Türkiyə və Rusiya arasında zonalara bölünməsini istəyirdi. Sual doğuran odur ki, Netanyahu Rusiyanın Suriyada mövcudluğunun davamına niyə maraqlı olsun ki?! Hansı ki, İsrailin ən etibarlı və əvəzsiz müttəfiqi ABŞ Rusiyanı yaxın Şərqdən də sıxışdırmaqda maraqlıdır. Ən vacibi isə İsrail və ABŞ birlikdə İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı bir zamanda İranın müttəfiqi Rusiyanın Yaxın Şərqdə mövqeyinin güclənməsinə şərait yaradılır. Belə bir zamanda Rusiya qırıcılarının İranda görünməsindən sonra da İsraili Suriyanın zonalara bölünməsində Rusiyanın iştirakı təklifi böyük sual doğurur və ciddi araşdırmalar tələb edir.

Belə bir izah da var ki, İrana hərbi müdaxilə olduğu halda Rusiya Suriyada mövcudluğunun davamı müqabilində Rusiya İrana hərbi yardım etməyəcəyini vəd edib. TASS informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko aprelin 8-də Dövlət Dumasında çıxış edərkən "ABŞ İrana hücum edərsə, Moskva Tehrana kömək etməyəcək" - deyə bildirib".

VDadaşovun fikrincə, açıqlamadan göründüyü kimi, Rusiya İrana İsrailin yox, ABŞ - ın mümkün hücumu nəzərdə tutur. Ancaq fakt budur ki, Rusiya istəsə belə İrana hərbi yardım etmək iqtidarında deyil:

"Bəllidir ki, Rusiya Ukraynada müharibəni İranın, Çinin, Şimali Koreyanın və sair ölkələrin hərbi köməyi hesabına aparır. Təbii ki, İrana ABŞ -ın mümkün hücumu zamanı Rusiyanın İrana hərbi yardımdan imtinası siyasi sövdələşmə predmeti ola bilməz.

Demək məqsəd və hədəf tamamilə başqadır. İsrail Rusiyanın regionda maraqlarının təminə çalışmır, əksinə Rusiyadan müvəqqəti istifadə etmək niyyətindədir. İsrailə regionda, xüsusən də Suriyada, Livanda daimi gərginlik strateji hədəflərinə imkanlar verir. İsrail "vəd edilmiş" torpaqlara tam yiyələnmək üçün regionda böyük dövlətlərin maraqlarının toqquşması, qeyri-sabitlik, ölkədaxili hakimiyət çəkişmələrin, silahlı qruplaşmaların mövcudluğu, girovlar, İsrailə raket zərbələri mütləqdir. Rusiyanın Suriyada mövcudçuğu qarşıdurma yaradır, mərkəzi hökumətin möhkəmlənməsinə mane olur, regiona əlavə dövlətlərin müdaxiləsinə imkan verir. Məhz belə bir qarışıq vəziyyətdə İsrail öz ərazisini böyütmək imkanı əldə edir.

Netanyahunun Trampla görüşdən sonra İsrail rəsmi şəkildə Suriyada üçüncü qüvvələrin hərbi baza qurmasını özünün qırmızı xətti kimi elan etdi. Əslində İsrailin belə bir bəyanatı onun diplomatik danışıqlara gedəcəyinə işarədir, nəinki açıq gərginlik.

Mümkündür ki, Türkiyə ABŞ, Ərdoğan Tramp arasında münasibətlərin korlanması üçün provokasiyalar, cəhdlər olsun. Ancaq ABŞ dünya nəhənglərindən qarşı açdığı iqtisadi - tarif müharibəsi fonunda Yaxın Şərqdə vəziyət Türkiyə və İsrailin ixtiyarınxadır. İsrail Türkiyə ilə ortaq məxrəcə gəlmək məcburiyyətindədir, daha doğrusu, polittexnaloji ssenarinin nəticəsi olaraq.

Dəfələrlə qeyd etmişəm ki, İsrail Türkiyə arasında hərbi toqquşma yaxın dövrlər üçün mümkün deyil, səbəbi barədə fikirlırimi də yazmışam. Azərbaycan prezidenti İlham Əliyev 09 apreldə ADA keçirilən beynəlxalq konfransda 2022-ci ildə İsraillə Türkiyənin barışdırmasına nail olduğunu da bildirdi. Son məlumatlara görə, Azərbaycanın vasitəçiliyi ilə Bakıda artıq İsrail - Türkiyə danışıqları da gedir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri