Rusiya İrana növbəti hərbi texnika partiyasını çatdırıb
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran yüksək riskli ərazilərdə patrul, kəşfiyyat və şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş Rusiyanın AMN-59095S-15 “Spartak” zirehli maşınlarının daha bir partiyasını alıb.
Ölkə.az Rusiyanın Birinci Kanalına istinadən xəbər verir ki, ilk partiyanın təhvil verilməsi 2025-ci ilin fevralında baş tutub.
Verilən məlumata görə, yeni partiyaya ən azı 20 zirehli maşın daxildir. “Spartak” avtomobilləri üçün müqavilə 2023-cü ildə imzalanıb və avtomobillərin üç il ərzində mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur.
“Spartak” zirehli maşınları mərkəzi təkər doldurma sistemi, kondisioner, radiasiya və kimyəvi müdafiə ilə təchiz olunub və 7,62 mm-lik PKT pulemyotu, 12,7 mm-lik “Kord” pulemyotu və ya 30 mm-lik avtomatik qumbaraatanla silahlana bilər. İxrac versiyası olan AMN-59095S-15 təkmilləşdirilləşdirilərək İranın iqlim və taktiki tələblərinə uyğunlaşdırılıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 27 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















