Icma.az
close
up
RU
Rusiya İrandan kimi çıxarmağa çalışır? KONKRET

Rusiya İrandan kimi çıxarmağa çalışır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin Tehrana xüsusi idarəetmə təyyarəsi göndərdiyi bildirilir. Söhbət Rusiyada “Qiyamət günü təyyarəsi” kimi tanınan Tu-214PU-dan gedir.

Bu təyyarə fövqəladə və böhran vəziyyətlərində dövlət rəhbərliyinin təhlükəsiz rabitəsini və idarəetməni təmin etmək üçün nəzərdə tutulub. Uçuşun məqsədi rəsmi şəkildə açıqlanmayıb.

Putinin məhz “Qiyamət günü təyyarəsi” kimi tanınan xüsusi idarəetmə təyyarəsini Tehrana göndərməsi hansı mesajı verir? Bunu hazırkı regional gərginlik fonunda necə qiymətləndirmək olar?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya prezidentinin İran–ABŞ qarşıdurması fonunda Tehrana “Qiyamət təyyarəsi” göndərməsi ilk növbədə siyasi və strateji mesaj kimi qiymətləndirilə bilər:

“Bununla Moskva Vaşinqtona İranın yanında olduğunu nümayiş etdirməyə çalışır. Eyni zamanda, bu addımın İranın ali siyasi-hərbi rəhbərliyinin mümkün evakuasiyası, eləcə də fövqəladə şəraitdə xüsusi rabitə və idarəetmə sisteminin təmin olunmasına hesablandığı ehtimal edilir.

Lakin mövcud vəziyyətdə Rusiyanın İrana göstərə biləcəyi hərbi yardımın müharibənin gedişinə ciddi təsir edəcəyi inandırıcı görünmür. Rusiya uzun müddətdir Ukrayna müharibəsində böyük resurslar sərf edir və bu müharibə onun hərbi-strateji imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu baxımdan, Moskvanın İrana genişmiqyaslı hərbi dəstək verməsi real görünmür.

Bundan əlavə, istər “Qiyamət təyyarəsi”, istərsə də sonrakı mərhələdə göndərilə biləcək hərbi yardımlar İranın hərbi vəziyyətini əsaslı şəkildə dəyişdirəcək amil kimi qiymətləndirilmir. Hazırkı şəraitdə ABŞ hərbi və texnoloji üstünlüyünü qoruyur və bu, münaqişənin gedişinə təsir edən əsas faktorlardan biri olaraq qalır.

İstisna deyil ki, Rusiya öz vətəndaşlarının, hərbi mütəxəssislərinin və ya müəyyən yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların İrandan təxliyəsi istiqamətində də addımlar ata bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyul 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri