Icma.az
close
up
RU
“Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb”

“Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qırğızıstan paytaxtı Bişkəkdə mayın 14-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin (Rusiya, Çin, Hindistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və İran) təhlükəsizlik şuralarının rəhbərlərinin görüşü keçirilib. Bu görüş 25 il bundan əvvəl təsis olunan Şanxay Əməkdaşlıq Təşkilatının avqustun 31-də Qırğızıstanda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyıb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, toplantıda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin mövqeyini əks etdirən fikirlər söyləyib: 

“Maraqlıdır ki, ölkəsində Şoyqunun ətrafında halqa getdikcə daralır. O müdafiə naziri olduğu dönəmdə müavinlərinin əksəriyyəti korrupsiya ittihamı ilə həbs edilib. Korrupsiya əməllərində Şoyqunun da adı hallanır. Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin köhnə dostuyla bağlı qərar verməyə hələ tələsmir və Şoyqu ölkəsini müxtəlif təbdirlərdə təmsil etməyə davam edir. Birincisi, Şoyqu Bişkəkdəki çıxışında ABŞ-ın siyasətini sərt tənqid edərək, bu ölkənin beynəlxalq aləmin nizamını pozduğunu vurğulayıb. Halbuki, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən ölkə Rusiyadır. Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatını müxtəlif böhranlara qarşı mübarizədə üzv ölkələrin həmrəyliyini gücləndirməyə çağırıb. İkincisi, Şoyqu Rusiyanın Ukraynada hədəfinə çatana qədər müharibəni davam etdirəcəyini bildirib. Bu zaman o Qərb ölkələrini “ikili standartlar” tətbiq etməkdə ittiham edib. Şoyqunun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə strateji təşəbbüsə malikdir. Cəbhə bölgəsində isə real vəziyyət fərqlidir, Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb. Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına minnətdarlığını bildirərək, üzv ölkələrin BMT Baş Assambleyasında səsvermələr zamanı Rusiya əleyhinə sənədə dəstək vermədiklərini xatırladıb”. 

Politoloq deyib ki, Şoyqu ABŞ və İsrailin İrana qarşı müharibəsi əleyhinə də Şanxay Əməkdaşlıq Təşkilatının həmrəylik nümayiş etdiyini söyləyib:

Halbuki, təşkilat üzvlərindən Hindistan İsrail əleyhinə qətnamənin qəbulunun qarşısını alıb. Hindistanın İranla əməkdaşlığına baxmayaraq, Yeni Dehlinin İsraillə də sıx tərəfdaşlığı mövcuddur, misal üçün iki ölkə birgə hərbi texnika istehsal edir. Hindistanın baş naziri Narendra Modi bu ilin fevral ayının son günlərində İsrailə səfər edib, bu ölkənin baş naziri Benyamin Netanyahu ilə əməkdaşlığın genişləndirilməsiylə bağlı danışıqlar aparıb. Buna görə də, Bişkəkdəki toplantıda çıxış edən İran təmsilçisi Əli Baqeri Kani təşkilata deyil, ölkəsinin xüsusi olaraq Rusiyaya minnətdar olduğunu söyləyib: “Rusiya BMT-də İran əleyhinə bütün qətnamələrin qəbulunun qarşısını alıb”.Üçüncüsü, Sergey Şoyqu Əfqanıstandakı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Taliban rejimi Əfqanıstanda İŞİD və digər terrorçu təşkilatlara qarşı mübarizə aparır. Şoyqu Taliban rejiminin narkotik maddələrin yetişdirilməsinə və ticarətinə qarşı da mübarizə apardığını bildirib. Şoyqu bu açıqlamalarla Kremlin Taliban rejiminin fəaliyyətinə müsbət yanaşdığına işarə edib. Bu yanaşma Talibanla əks-mövqedə olan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan Pakistanın xoşuna gəlməyəcək.Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin görüşü ABŞ Prezidenti Donald Trampın Çinə səfər gününə təsadüf edib. Təşkilat üzvlərindən İran və Rusiya ABŞ-la Çin arasında dialoqun genişlənməsindən narahatdırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında fərqli maraqlar olduğuna görə, Rusiya və İran bu təşkilatı anti-Amerika və anti-NATO blokuna çevirə bilməyəcəklər. Pekində isə Donald Trampla Çin lideri Si Cinpin arasında şifahi razılaşmalar əldə olunub. Birincisi, iki ölkə iqtisadi və ticarət əlaqələrini təmzimləməyə çalışacaqlar. İkincisi, iki ölkə “Hörmüz boğazı”nda gəmilərin azad hərəkətinə tərəfdar olduqlarını bəyan ediblər. Üçüncüsü, Pekin İranı silahlandırmayacağını Vaşinqtona vəd edib. Pekinin bu vədini necə yerinə yetirəcəyini zaman göstərəcək. Hər halda Çin nüvə silahı istehsalında İrana kömək etməyəcəyinə boyun olub. Razılaşdırılmayan məqam isə ABŞ-ın Tayvanla hərbi əməkdaşlıqdan imtina etməməsidir. Vaşinqton Çinin xeyrinə Tayvanla hərtərəfli, o cümlədən hərbi əməkdaşlıqdan imtina etməyəcək”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 May 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri