Rusiya Kiyevə ballistik raket atdı − 10 nəfər yaralandı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
11 iyul gecəsi Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində biri uşaq olmaqla 10 nəfər yaralanıb. Raket zərbələri və yanğınlar şəhərin üç rayonunda qeydə alınıb.
“Ukrainskaya Pravda”nın məlumatına görə, şəhərdə ilk partlayışlar hava hücumu xəbərdarlığı verilməmişdən əvvəl başlayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevdəki hücumun hədəflərinin dron istehsalı ilə məşğul olan hərbi sənaye obyektləri olduğunu bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, bir gecə ərzində Rusiya altı “İsgəndər” raketi, dörd “X-59/69” idarə olunan aviasiya raketi və iki “X-31” anti-radar raketi atıb. 12 raketdən yalnız ikisi ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:Rusiya Kiyevə ballistik raket atdı
12 Fevral 2025 13:32
Rusiya Kiyevə onlarla ballistik raket atdı: Azı 17 nəfər öldü
05 Avqust 2026 15:28
Rusiya Kiyevə ballistik raket zərbəsi endirib
06 Aprel 2025 12:12
Rusiya Kiyevə 6 ballistik raket atdı: Yaralılar var FOTO
22 Oktyabr 2025 09:12
Rusiya Kiyevə çoxlu sayda ballistik raket atdı FOTO VİDEO
19 İyul 2026 08:58
Baxış sayı:176
Bu xəbər 11 İyul 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















