Rusiya Kiyevə çoxsaylı zərbə endirib Paytaxt alova bürünüb, yaralılar var
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Rusiya ordusu bu gün səhərdən başlayaraq Ukraynanın paytaxtı Kiyev və digər şəhərlərə genişmiqyaslı hücum zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, paytaxtın bir çox rayonları raket, dron və hava zərbələri nəticəsində alova bürünüb.
Kiyev meri Vitali Kliçko bildrib ki, ilki əldə etdiyi məlumata əsasən, ən azı 11 mülki şəxs ağır yaralanıb: "Yaralananlar arasında hamilə qadın və ağır vəziyyətdə olan bir kişi var. Dəqiqləşmələr davam edir".
Kiyev administrasiyası əhaliyə sığınacaqlardan xəbərdarlıq edilmədənn çıxmamalarını tələb edib.
Sosial mediada yayılan görüntülərdə isə yaşayış binaları və maşınların alov içində olduğu görülür.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko təəssüflə bildirib ki, ruslar yaşayış binalarına zərbələr endirir: "Demək olar ki, bütün rayonlardakı hündürmərtəbəli binalara ciddi ziyan dəyib. Onlar hücumda həm dronlardan, həm də raketlərdən istifadə edirlər"
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Noyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















