Rusiya Kiyevi bombaladı Azı 27 ölü var
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kiyev vilayətinin Buça rayonundakı fabrikdə Rusiya hücumu və partlayış nəticəsində ən azı 27 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, dördü uşaq olmaqla 42 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Avqustun 29-u gecəsi Rusiya hərbi qüvvələrinin hücumu nəticəsində Buça rayonunun Mila kəndində yerləşən müəssisədə çoxsaylı partlayışlar və güclü yanğın baş verib. Fövqəladə hal zonasından 59 uşaq da daxil olmaqla 381 nəfər təxliyə edilib. Ölənlər arasında xilasetmə əməliyyatında iştirak edən Dmitrovka icmasının rəhbəri Taras Didiç də var”, - Tkaçenko bildirib.
Regional hakimiyyət orqanlarının məlumatına görə, Rusiyanın hücumu və sonrakı partlayış nəticəsində təxminən 50 yaşayış binası zərər görüb.
Ukrayna mediası və rəsmilərinin açıqlamalarına görə, hücuma məruz qalan anbarda sursat saxlanılıb.
Bu mövzuda digər xəbərlər:Rusiya Kiyevi bombaladı Onlarla ölü və yaralı var
20 Avqust 2026 09:22
Rusiya Kiyevi bombaladı ölü sayı durmadan artır
02 İyul 2026 09:16
Rusiya Kiyevi bombaladı
10 Oktyabr 2025 09:33
Rusiya Kiyevi bombaladı: 9 ölü, 63 yaralı FOTOLAR
24 Aprel 2025 08:53
Rusiya Xəzərdən Kiyevi bombaladı
13 Noyabr 2024 14:48
Baxış sayı:175
Bu xəbər 29 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















