Icma.az
close
up
RU
Rusiya Krım üzərindəki hava hücumu zamanı öz təyyarəsini vurub

Rusiya Krım üzərindəki hava hücumu zamanı öz təyyarəsini vurub

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hərbi qüvvələri, Krımın müvəqqəti işğal altında olan ərazisində dronlara qarşı müdafiə edərkən öz təyyarəsini vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk "Apostrof" televiziya kanalında açıqlama verib. O, bildirib ki, Krımda yalnız neft bazası yanmır, həm də Ukrayna dronlarının vurduğu digər obyektlərdə də yanğın baş verib.

"Yanğın davam edir. Amma bu gün artıq başqa bir yerdə də yanğın başladı. Ukraynalıların hücumlarını dəf edərkən, nəticədə öz təyyarələrini Krım üzərində vurublar. Mübarizə davam edir", – deyə Pletençuk bildirib.

Jurnalistin təyyarə barədə daha ətraflı məlumat istəyinə isə Pletençuk zarafatla: "Hazırda Krım ərazisində təfərrüatlar toplanır", – deyə o əlavə edib.

Pletençuk qeyd edib ki, Krımda əldə edilən məlumata görə, düşmənin yanacaq ehtiyatları daha da azalacaq, çünki ikinci neft bazası da alovlanıb. "Ümid edirik ki, bu iş bizim tərəfimizdən Krımda eyni sürətlə davam edəcək", – USQ-nin Dəniz Qüvvələri nümayəndəsi vurğulayıb.

Monitorinq kanalları xəbər verir ki, Rusiya öz "Su-30SM" təyyarəsini vurduğu etimal edilir.

Ukrayna mətbuatının verdiyi məlumata görə, 17 oktyabr gecəsi işğal olunmuş Krımda ardıcıl güclü partlayışlar baş verib. Rus işğalçılarının obyektlərinə zərbələr dəyməsi barədə məlumatlar var.

"Krım küləyi" kanalının məlumatına görə, Qvardeyskoye kəndi gecə saatlarında PUA-lar tərəfindən hücuma məruz qalıb. Nəticədə neft bazasında yanğın baş verib.

Hadisə yerində olan şahidlər, Qvardeyskoyedəki neft bazasında yanğının şəkillərini paylaşıblar. Qeyd edilib ki, səhərə yaxın yanğın daha da güclənib. Sıx tüstü dumanı Simferopol şəhərindən də görünür.

Bu il oktyabrda Ukrayna dronları artıq Feodosiya şəhərindəki neft bazasını da vurmuşdu. Həmin vaxt USQ-nin Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk demişdi ki, Krımda yerli əhalinin avtomobilləri üçün yanacaq tapmaqda çətinlikləri var, insanlar "benzin axtarışı" macərasına çıxıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri