Icma.az
close
up
RU
“Rusiya kritik həddə dayanıb” “Bu, Rusiyanın gələcəyinə çox ciddi təhlükə yaradır”

“Rusiya kritik həddə dayanıb” “Bu, Rusiyanın gələcəyinə çox ciddi təhlükə yaradır”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada nisbətən ehtiyatlı müxalifətçiliyi ilə seçilən və bir çoxlarının Kremlin sifarişi ilə danışdığını iddia etdiyi müxalif “Yabloko” partiyasının lideri Qriqori Yavlinski “Exo Moskvı” layihəsindəki son müsahibəsində maraqlı fikirlər səsləndirib.

“AzPolitika” xəbər verir ki, Q.Yavlinski müsahibəsində Donald Trampın Ukrayna müharibəsinin dayandırılması və sülh müqaviləsinin bağlanması ilə bağlı konkret planının olmadığını deyib. O qeyd edib ki, Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun fevralın 14-də başlayacaq Münhen konfransına “əliboş” gələcəyini bildirməsi Tramp administrasiyasının Ukraynaya dair heç bir normal planının olmadığından xəbər verir.

Müharibə gedə-gedə sülh danışıqlarının aparılmasının mənasız olduğunu deyən Yavlinski hesab edir ki, Trampın ilk növbədə atəşkəs elan olunması, sonra isə sülhün müzakirə edilməsinə dair dedikləri daha düzgün yanaşmadır və bunu Yavlinskinin özü xeyli müddətdir ki, təklif edir.

“Yabloko” rəhbərinin Rusiyanın düşdüyü vəziyyət, yaşadığı çətinliklər və ölkəni gözləyən acınacaqlı perspektivlə bağlı fikirləri isə daha maraqlıdır. Avropanın yaşadığı problemlərdən danışan aparıcının sözlərinə Yavlinski belə cavab verib: “Mən arzu edərdim ki, Rusiya bu gün Avropa ölkələrinin yaşadığı problemlərlə üzləşəydi. Əslində, Rusiya çox daha böyük və daha kritik problemlərlə qarşılaşıb. Bu, Rusiyanın gələcəyinə çox ciddi təhlükə yaradır. Biz ümumiyyətlə, kritik həddə dayanmışıq. Əgər orta müddətli perspektivdən danışsaq, ölkəmizi olduqca çox təhlükəli perspektiv gözləyir. Şəxsən mənim üçün Rusiyadan, bizim insanlardan, eləcə də Ukraynadan dəyərli heç nə yoxdur. Sizin barəsində danışdığınız avropalılar, amerikalılar özləri öz problemlərini həll edəcəklər. Onlar ən sonda düzgün həll tapacaqlar. Ancaq bu, qətiyyən o demək deyil ki, eyni tale Rusiyanı da gözləyir. Bunu düzəltməyin yeganə yolu bütün bunların nədən baş verdiyini anlamaqdan keçir. Əgər (Rusiyada) çoxlu sayda insan bunu düzəltməyə çalışsa, hansısa yeni dövr başlayacaq. Ancaq bu gün həmin istiqamətdə(cəmiyyətdə) hər hansı bir hərəkət mövcud deyil!”

C.Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri