“Rusiya Kupyanskı itirib” Putinin “Kupyansk biabırçılığı” böyüyür
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Kupyansk üzərində nəzarəti bərpa edib.
“AzPolitika” xəbər verir ki, bunu təkcə Ukrayna tərəfi deyil, Rusiyanın “Z-kanalları” və bloqerləri də bəyan edir.
Xatırladaq ki, Vladimir Putin və onun generalları artıq bir neçə dəfə bu şəhərin guya tamamilə Rusiya işğalçı ordusunun nəzarətinə keçdiyi barədə bəyanatlar veriblər. Lakin bu bəyanatlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski həmin şəhərin girişində çəkdiyi video ilə Kremli biabırçı vəziyyətdə qoyub.
İndi isə Rusiya “Z-bloqerləri” yazır ki, Rusiya qüvvələri hakimiyyətin guya Kupyanskın işğal edildiynə dair bəyanatlarından nə əvvəl, nə də sonra şəhərdəki mövqelərini möhkəmləndirə bilməyiblər.
Rusiya Ordusu Kupyanskı itirib və cəbhənin bu hissəsindəki vəziyyət kritikdir. “Z-kanalları”nın, o cümlədən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına yaxın hesab olunan “Rıbar” kanalının məlumatında belə deyilir.
Daha bir tanınmış “Z-kanal” olan “Dva mayora” yazır: "Kupyanskdakı vəziyyət əvvəllər düşünüləndən daha pis ola bilər. Cəbhədən gələn məlumatlara görə, düşmən ehtiyat qüvvələri yeritməklə və havada dronlarının sayını artırmaqla Moskovka, Sobolevka və Radkovkada uğur qazanıb. Düşmən bölmələrimizi əsas qüvvələrdən ayırmağa və cəbhəni düzəltməyə çalışır". Kanalın məlumatına görə, Kupyanskın "ələ keçirilməsi" ilə bağlı "gözəl" xəbərlərdən sonra Rusiya Silahlı Qüvvələrinin oradakı bəzi bölmələri aktiv döyüş üçün ödənişlərin dayandırılması ilə üzləşib və ehtiyatlar digər ərazilərə köçürülüb. Bu da qoşunların hətta faktiki olaraq işğal etdikləri xətlərdə belə mövqelərini möhkəmləndirməsinin qarşısını alıb: "Başqa sözlə, Kupyanskdakı informasiya və psixoloji əməliyyatla düşməni deyil, özümüzü məğlub etdik".
"Rıbar" kanalı yazır ki, Kupyanskdakı vəziyyət "kritikdən daha pisdir". Bundan əlavə, kanalın məlumatına görə, bu yaxınlara qədər Rusiya qoşunları Kupyansk rayonundakı guya "azad edilmiş" 11 kənddən yalnız üçünə (Kondraşovka, Radkovka və Moskovka) nəzarət edirdi. İndi isə Rusiya Silahlı Qüvvələri hətta bu nəzarəti də itirib: "Kupyansk və ətraf ərazilərin tam nəzarət altında olduğu iddiaları ilk dəfə orada heç kimin möhkəmlənmədiyi, yalnız çox kiçik qrupların fəaliyyət göstərdiyi bir vaxtda irəli sürülmüşdü".
Kanal yazır ki, Rusiya Silahlı Qüvvələri demək olar ki, bütün şəhəri itirib. "Kupyansk təslim olub. Əsas məsələ budur. Amma hər kəs medallarını alıb. Görünür, gələcəkdə Kupyanskın üçüncü dəfə azad edilməsini gözləyə bilərik", - deyə “Z-kanallar”dan birinin müəllifi istehza ilə yazıb.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Dekabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















