Icma.az
close
up
RU
Rusiya KXDR ə ordunu modernləşdirməkdə kömək edir NYT

Rusiya KXDR ə ordunu modernləşdirməkdə kömək edir NYT

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Moskva və Pxenyan arasında artan əməkdaşlıq, əsasən artilleriya sursatları, hərbi texnologiyalar və Şimali Koreya döyüşçülərinin Ukraynada müharibədə iştirakı üzərində qurulub.

Bizimyol.info xəbər verir ki, "The New York Times" qəzetinin qiymətləndirməsinə görə, bu əməkdaşlıq Kim Çen In üçün “silahlanma hədiyyəsi”nə çevrilib və ona Şimali Koreyanın onilliklər ərzində sahib olmadığı imkanlar yaradıb.

Ukraynada müharibə zamanı ciddi sursat çatışmazlığı ilə üzləşən Rusiya, artilleriya ehtiyatları zəngin olan KXDR-ə müraciət edib. Əvəzində Şimali Koreya ordusunu modernləşdirmək üçün müasir texnologiyalar və materiallar alır.

Hazırda KXDR süni intellekt əsaslı pilotsuz uçuş aparatlarından tutmuş hipersəsli qanadlı raketlərə və hava hücumundan müdafiə sistemlərinə qədər müxtəlif yeni silah nümunələrini nümayiş etdirir.

“Şimali Koreyanın dünyaya təqdim etdiyi yeni silahların siyahısı demək olar ki, hər həftə genişlənir”, – deyə qəzet qeyd edir.

Cənubi Koreya rəsmiləri xəbərdarlıq edirlər: əgər Rusiya ilə hərbi əməkdaşlıq dayandırılmazsa, bu, Koreya yarımadasında hərbi tarazlığı ciddi şəkildə poza bilər. Yeni silahlar təkcə Cənubi Koreya üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi üçün təhdid yaradır.

Seulun məlumatına görə, Moskva Şimali Koreyaya ərzaq və yanacaq tədarükü ilə kifayətlənmir, həm də Soyuq Müharibə dövründə bağlanmış keçmiş razılaşmalar üzrə əməkdaşlığı bərpa edib.

“Asan” institutunun eksperti Yan Uk: “Görünür, Şimali Koreya strateji bir “qızıl dövrə” qədəm qoyur”, - deyə bildirib.

2023-cü ilin sentyabrında Kim Çen In və Vladimir Putin arasında keçirilmiş görüşdən sonra iki ölkə arasındakı ittifaq daha da möhkəmlənib. Həmin səfər zamanı Şimali Koreya liderinə raket və aviasiya obyektləri göstərilib. Cənubi Koreya ekspertləri bunu Kim Çen Inın “arzu siyahısı” — yəni əldə etmək istədiyi texnologiyaların siyahısı kimi qiymətləndiriblər.

Kim son vaxtlar tez-tez müdafiə sənayesinə aid müəssisələrə baş çəkir və yeni silah sistemlərinin sınaqlarında şəxsən iştirak edir. Mart ayında onun rus mühəndislərin iştirakı ilə hazırlanmış ehtimal olunan hava hücumundan müdafiə sistemlərinin testlərini müşahidə etdiyi bildirilir. Apreldə isə KXDR tarixində ilk dəfə olaraq suya buraxılan esminesin təqdimatında iştirak edib; gəmidən buraxılan qanadlı raketlərdən biri analitiklərin fikrincə, Rusiyanın “Zirkon” hipersəsli raketinə bənzəyib.

Beynəlxalq qadağalara baxmayaraq, Pxenyan Moskva ilə əməkdaşlıqdan sanksiyalardan yayınmaq üçün fəal şəkildə istifadə edir.

“KXDR üçün Rusiya ilə hərbi əməkdaşlıq sanksiyalardan yan keçmək və texnoloji məhdudiyyətləri aşmaq baxımından ideal vasitəyə çevrilib,” – deyə Koreya Birləşmə İnstitutunun hesabatında qeyd olunur.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri