Rusiya limanında Türkiyəyə gedən gəmidə minalar aşkarlandı VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Leninqrad vilayətinin Ust-Luqa limanında Belçikadan gəlmiş qaz daşıyan gəmidə terror aktının qarşısını alıblar.
Moderator.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Bildirilib ki, "Arrhenius" adlı gəmiyə minalar yerləşdirilib.
FTX əməliyyatı İstintaq Komitəsi, Müdafiə Nazirliyi və qvardiya ilə birgə həyata keçirib. İstintaq Komitəsinin məlumatına əsasən, gəmi mayın 20-də Belçikadan gəlib və Ust-Luqada dayandıqdan sonra Türkiyənin Samsun limanına yola düşməli idi. Qaz tankerinin sualtı müayinəsi zamanı dəniz maqnit minaları tipli partlayıcı qurğular tapılıb. Müstəntiqlər hesab edirlər ki, onlar sənaye istehsalı olan vasitələrdən istifadə edilməklə NATO ölkələrinin birində hazırlanıb. Hər bir qurğudakı plastik partlayıcı maddənin kütləsi təxminən 7 kq olub.
Qaz daşıyan gəminin kapitanı bildirib ki, Belçikanın Antverpen limanında yük boşaldılmadan əvvəl gəmi agenti tərəfindən gəmi lövbər salma yerinə göndərilib və liman işçilərinin guya tətili səbəbindən orada təxminən bir gün yarım qalıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, minaların Rusiya ərazi sularında quraşdırılması mümkün deyildi.
Terror aktına cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi başlanılıb. Cinayətdə iştirakı olan bütün şəxslərin axtarışı davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 25 May 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















