Rusiya Lvovu “Oreşnik”lə vurdu Strateji qaz anbarı hədəf alındı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Rusiya Silahlı Qüvvələri Ukraynanın qərbində yerləşən Lvov vilayətinə ballistik zərbə endirib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı müharibə dövründə ikinci dəfə “Oreşnik” raket kompleksindən istifadə olunub. Bu gün gecə saatlarında baş verən zərbə nəticəsində bölgədə bir neçə güclü partlayış qeydə alınıb. Hərbi ekspertlər zərbənin xarakterinə, sürətinə və partlayış gücünə əsaslanaraq raketin “Oreşnik” olduğuna əmindirlər. Lvov meri Andrey Sadovıy da hücumda istifadə olunan raketin ballistik olduğunu təsdiqləyib.
Vilayət hərbi administrasiyasının rəhbəri Maksım Kozıtski hücumun kritik infrastruktur obyektinə yönəldiyini açıqlayıb. Yerli sakinlər partlayışların son dərəcə güclü olduğunu, zərbənin şəhərdən kənarda yerləşən obyekt ərazisində hiss edildiyini bildiriblər.
Hərbi mənbələr hücumun Lvov vilayətinin Striy şəhərində yerləşən iri enerji obyektini hədəf aldığını yazır. Söhbət Ukraynanın ən böyük, eləcə də Avropanın enerji ehtiyatlarının saxlanılmasında mühüm rol oynayan “Striyski” yeraltı qaz anbarından gedir.
Hücumdan əvvəl Ukrayna monitorinq resursları Rusiya ərazisində yerləşən “Kapustin Yar” poliqonundan ballistik raket buraxılışı təhlükəsi barədə xəbərdarlıq etmişdi. Məhz bu poliqonda “Oreşnik” raket kompleksi saxlanılır.
“Oreşnik” ballistik raketi ilk dəfə 2024-cü il noyabrın 21-də Dnepr şəhərinə atılmışdı. Rusiyalı hərbi analitik Yan Matveev hücumun 2024-cü ildəki zərbə ilə eyni tipli olduğunu qeyd edib. Onun sözlərinə görə, raket dərin yeraltı obyektləri sıradan çıxarmaq üçün nəzərdə tutulmuş kinetik döyüş başlığı ilə təmin olunub və partlayıcı maddə daşımaya da bilər.
Kiyev də hücuma məruz qaldı
Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevi də raket və kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb. Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində 4 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Bildirilib ki, yaralılardan 14-ü xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Zərbələr paytaxtın bir neçə rayonunda yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan vurub. Xilasetmə və axtarış işləri davam edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Rusiya Oreşnik lə Lvovu vurdu, Ukrayana BMT yə müraciət etdi
09 Yanvar 2026 12:15
Rusiya Lvovu “Oreşnik” raketi ilə vuru
09 Yanvar 2026 08:25
Rusiya Ukraynaya “Oreşnik”lə hücum edəcək
04 İyun 2025 19:25
“Oreşnik”lə “cənnət yolçuluğu”...
29 Noyabr 2024 20:39
Putin “Oreşnik”lə hədələdi
28 Noyabr 2024 14:44
Baxış sayı:42
Bu xəbər 09 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















