Rusiya: Maduro və həyat yoldaşının vəziyyəti dərhal aydınlaşdırılmalıdır
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ tərəfindən ölkədən zorla çıxarıldığı iddia edilən Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının statusu ilə bağlı dərhal aydınlıq gətirilməsini tələb edib.
Turkustan.az xəbər verir ki, nazirlik ABŞ-ın Venesuelaya hücumu ilə bağlı ikinci açıqlama yayıb.
Bəyanatda qeyd olunur ki, Moskva Venesuela prezidenti Maduro və həyat yoldaşının ABŞ-ın təcavüzkar hərəkətləri nəticəsində ölkədən zorla çıxarıldığı barədə məlumatlardan son dərəcə narahatdır və aşağıdakılar əlavə olunur:
“Biz bu vəziyyətin dərhal aydınlaşdırılmasını tələb edirik. Əgər bu cür hərəkətlər həqiqətən baş veribsə, müstəqil dövlətin suverenliyinin qəbuledilməz şəkildə pozulması deməkdir və bu suverenliyə hörmət beynəlxalq hüququn fundamental prinsipidir.”
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 03 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















