Icma.az
close
up
RU
Rusiya mediası HHMin Azərbaycan təyyarəsini necə vurduğunu açıqladı

Rusiya mediası HHMin Azərbaycan təyyarəsini necə vurduğunu açıqladı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Artıq dəqiqdir ki, təyyarə Çeçenistanın Naurski rayonunda HHM vasitələri ilə vurulub. Eyni rayonda iki PUA-ya atəş açıldığı qeyd olunur. 

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın "VÇK-OQPU" layihəsi yazır.  

Hadisədən iki həftə əvvəl Qroznı hava limanının yaxınlığında iki "Panzir" qurğusu yerləşdirilib. Layihənin məlumatına görə, Rusiya hakimiyyət orqanları baş verənləri dərhal anlayıb, çünki təyyarə vurulandan bir dəqiqə sonra "Kovyor" rejimi elan edilib.  

Təyyarə dəfələrlə təyin olunmuş hava limanına eniş etməyə cəhd göstərib, lakin naviqasiya sistemləri sıradan çıxarılıb. O an radioelektron mübarizə vasitələri (REB) işləyirmiş. Təyyarə geri -  Bakıya qayıtmağa cəhd edəndə isə Çeçenistan üzərində vurulub. Həmin səhər respublika üzərində ümumilikdə üç pilotsuz uçuş aparatı vurulub. Bir PUA Vısaytov rayonu tərəfdən gəlib, digər ikisi isə Naurski rayonu üzərində şimala doğru uçub. Məhz orada təyyarəyə zərbə endirilib.  

Təyyarə vurulduqdan sonra ekipaj hadisəni əvvəlcə quşlarla toqquşma kimi qiymətləndirib.  

"Quşlarla toqquşma" saat 08:16-da baş verib. "Kovyor" planı, yəni bütün mülki aviasiya təyyarələrinin təhlükəli zonanı tərk etməsi rejimi bir dəqiqə sonra -  08:17-də elan olunub, yəni REB və HHM-in uğurlu istifadəsindən dərhal sonra.  

"Bu zaman təyyarəyə heç bir xəbərdarlıq edilməyib. Qaydalara görə, "Kovyor" haqqında mülki ekipajı dispetçer xəbərdar etməlidir. Lakin danışıqların deşifrləri göstərir ki, heç bir xəbərdarlıq olmayıb", deyə kanal yazır.  

Layihənin məlumatına görə, həmin faciəli gündə məsuliyyət daşıyan uçuş rəhbəri "Kovyor"un tətbiq edildiyini yalnız hərbçilərdən 08:21-də öyrəndiyini bildirib. O vaxta qədər Bakı-Qroznı reysi üzrə uçan təyyarənin ekipajı artıq "quşlarla toqquşma" nəticəsində yaranan nasazlıq haqqında dispetçerə məlumat verib və ehtiyat aerodromla bağlı məlumat soruşub.  

Dekabrın ikinci ongünlüyündə Qroznı hava limanında iki "Panzir" kompleksi yerləşdirilib. Onların quraşdırılmasına səbəb Çeçenistan paytaxtının hərbi obyektlərinə PUA hücumları olub.  

Xatırladaq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi "qəzaya” uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub.  

Reuters agentliyinə istinadən bir Azərbaycan mənbəsi bildirib ki, ilkin araşdırma nəticələri göstərib ki, təyyarə Rusiya HHM sistemi olan "Panzir-S" ilə vurulub. Təyyarənin dispetçerlərlə əlaqəsi isə Qroznıya yaxınlaşarkən REB sistemləri vasitəsilə pozulub.  

Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov da faciə üçün məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü bəyan edib. O, Moskvadan mülki aviasiya təyyarəsinə qarşı hücuma görə üzr istəməli olduğunu vurğulayıb. Lakin bəzi rus mənbələrinin izləri ört-basdır etməyə çalışdığını bildirib.  

Alpər


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri