Rusiya mediası Qarabağ ın qələbəsini belə tirajladı
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan futbolunun tarixində daha bir möhtəşəm gecə yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd olunub ki, “Qarabağ” Çempionlar Liqasının IV turunda İngiltərənin nəhəng klubu “Çelsi” ilə 2:2 hesablı bərabərliyə imza atıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş gərgin mübarizə şəraitində keçib. Matçın 16-cı dəqiqəsində “Çelsi”nin gənc ulduzu Estevao London təmsilçisini önə çıxarıb. Lakin “Qarabağ”ın cavabı çox gecikməyib, 29-cu dəqiqədə Leandro Andrade möhtəşəm zərbə ilə hesabı bərabərləşdirib.
Cəmi 10 dəqiqə sonra Marko Yankoviç meydanı coşdurub, onun zərbəsindən sonra tablo 2:1 olub. Lakin ikinci hissənin əvvəlində “Çelsi”nin yarımmüdafiəçisi Alejandro Qarnaço epizoddan yararlanaraq yenidən bərabərlik gətirib – 2:2.
Bu nəticədən sonra “Çelsi” 4 oyundan 7 xal toplayaraq qrupda 10-cu, “Qarabağ” isə 12-ci pillədə qərarlaşıb. Turnir cədvəlinin zirvəsində isə 12 xalla Almaniyanın “Bayern Münhen” komandası yer alır.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Noyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















