Icma.az
close
up
RU
Rusiya mediası tarixi necə saxtalaşdırır? Boşboğaz Sergey Mardanın ucuz şousu

Rusiya mediası tarixi necə saxtalaşdırır? Boşboğaz Sergey Mardanın ucuz şousu

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyan mediasnın bəzi təbliğatçıları, xüsusən də Sergey Mardan və Vladimir Solovyov son günlərdə Azərbaycana və onun dövlət başçısına qarşı yönəlmiş növbəti əsassız, qərəzli və açıq-aşkar düşmənçilik tonunda açıqlamalar səsləndirirlər. Bu cür yanaşma etik çərçivədən kənar olmaqla yanaşı, həm də elementar hüquqi və dostluq münasibətlərinə ziddir.

Oxu.Az xəbər verir ki, onların arqumentləri nə tarixi faktlara, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə əsaslanır. Sovet İttifaqının quruluşu və dağılışı, Azərbaycan xalqının rolu - bütün bunların hamısı arxivlərdə, sənədlərdə və real tarixdə öz təsdiqini tapıb. Halbuki Solovyov və Mardan həmin həqiqətləri bilərəkdən təhrif edir, onları siyasi alver predmetinə çevirirlər.

Azərbaycan dövlətçiliyinin formalaşmasını "Rusiyanın hədiyyəsi" kimi təqdim etmək isə ən azı, tarixdən bixəbərlik, həm də siyasi əxlaqsızlıqdır. Çünki Azərbaycanın müstəqilliyi xalqın öz mübarizəsi və qurbanları sayəsində əldə olunub. Bu mübarizəni Moskva "hədiyyə" etməyib, əksinə, illərlə qarşısını almağa çalışıb, Ermənistana dəstək verməklə, ərazilərimizin işğalda qalmasına zəmin yaratmaqla, gorbagor olmuş Minks qrupunun həmsədri kimi heç bir iş görməməklə.

Belə çıxışların başqa bir tərəfi isə region xalqları arasında qarşıdurma yaratmaq, nifrət toxumu səpməkdir. Halbuki, bu gün Rusiya-Azərbaycan münasibətlərinə təkan verəcək yeganə yol hörmət, bərabərlik və real əməkdaşlıqdır. Solovyov və Mardan kimi əlaltı fiqurlarının absurd sözləri isə əslində Rusiyanın elə öz mövqeyini zəiflədir, çünki bu cür bəyanatlar nə Azərbaycan cəmiyyətində, nə də beynəlxalq ictimaiyyətdə ciddi qəbul olunur.

Sergey Mardan isə bu saxtakar, absurd mövqeyi ilə sadəcə onu göstərir ki, qışqırıqla reytinq qazanmağa çalışan ucuz təbliğatçı obrazdır. Ən acınacaqlısı da odur ki, Mardan öz auditoriyasını bilərəkdən nifrət dilinə öyrəşdirir. Onun danışığında hüquqi arqument və beynəlxalq normaya istinad yoxdur. Əvəzində təhqir, ironiya və qərəz üstünlük təşkil edir. Bu isə Rusiya mediasının üz qarasıdır.

Görünən odur ki, Mardanın məqsədi nə Azərbaycanın tarixi, nə də Rusiyanın maraqlarıdır. Onun məqsədi gündəlik qalmaqal yaratmaq, şou effekti ilə izləyici toplamaqdır. Lakin bu ucuz ritorika əks nəticə verir: Azərbaycan cəmiyyətində Rusiyaya etimad daha da zədələnir, Moskvanın siyasətinə kölgə salır.

Ümumiyyətlə, Sergey Mardanın fəaliyyətinə nəzər salsaq görərik ki, onun bu ritorikası ilk deyil, o hər zaman intellektual yox, küçə üslubu ilə izləyicilərinin qarşısına çıxıb. O, arqument gətirmir, fakt demir, sadəcə təhqir və istehza ilə danışır. Belə "jurnalistikanın" da məqsədi cəmiyyətə həqiqəti çatdırmaq yox, nifrəti artırmaqdır. Çünki Mardan üçün əsas məsələ Rusiyanın maraqları və ya region xalqlarının gələcəyi deyil. Onun əsas qayəsi gündəlik qalmaqal yaratmaq, daha çox izləyici cəlb etmək və Kremlin "sərt tribun" obrazını satmaqdır. Çünki başqa bir bacarığı yoxdur. Bu baxımdan, onun çıxışları Rusiya mediasının biabırçılığı, Kreml təbliğat maşınının ən bayağı vitrinidir.

Əlqərəz! Sergey Mardan Azərbaycan dövlətinə, xalqına və rəhbərinə qarşı çərənləməklə heç nə qazanmır, əksinə, Rusiya ilə Azərbaycan arasında etimad, qonşuluq və normal münasibətlərin itməsinə səbəb olur. Bu isə o deməkdir ki, Mardan öz nifrət dili ilə yalnız Rusiyanın maraqlarına zərbə vurur.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri