Icma.az
close
up
RU
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT FOTOLAR

Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsi sökülüb. Bu barədə ilk olaraq erməni mediası məlumat yayıb. 

Ayvazovskinin büstü 2021-ci ilin dekabrında separatçı rejimin nümayəndələri və Rusiya sülhməramlılarının təşəbbüsü ilə “Rusiya Şöhrət Xiyabanı” adlı qanunsuz layihə çərçivəsində Xankəndidə yerləşdirilmişdi. Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin mandatına zidd olan bu qanunsuz abidənin sökülməsi heç kimə təəccüblü gəlməməlidir.

Modern.az-ın məlumatına görə, abidənin sökülməsi ilə bağlı xəbər təkcə erməni mənbələrində deyil, həm də Rusiyanın aparıcı media qurumlarında yayılıb. Lakin diqqətçəkən məqam odur ki, TASS, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” kimi nüfuzlu Rusiya KİV-ləri bu hadisə barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini açıq şəkildə pozan ifadələrdən istifadə ediblər.

Belə ki, xəbərlərdə Xankəndi şəhəri “Stepanakert” adlandırılıb, eləcə də Azərbaycanın artıq hüquqi və siyasi baxımdan ləğv edilmiş “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinə istinadlar yer alıb. Bu cür terminologiya təkcə jurnalistik etikaya deyil, eyni zamanda beynəlxalq hüquqa və Moskva Bəyannaməsi kimi ikitərəfli razılaşmalara ziddir.

Dövlətə məxsus və Kremlə yaxın Rusiya informasiya agentliklərinin Azərbaycanın suveren ərazisindəki şəhərlərə qondarma adlarla istinad etməsi heç bir halda təsadüfi sayıla bilməz. Bu addım ya redaksiya səviyyəsində sistematik qərəzin, ya da siyasi manipulyasiya cəhdinin göstəricisidir.

2020-ci ildə 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlardan biri də "Dağlıq Qarabağ" adının hüquqi olaraq tarixə qovuşmasıdır. Azərbaycan ərazisində belə bir status və ərazi vahidi MÖVCUD DEYİL. Xankəndi, Xocalı, Əsgəran və digər şəhər və qəsəbələr Qarabağ iqtisadi rayonunun tərkib hissəsi kimi Azərbaycanın tam suveren idarəçiliyindədir.

Rusiya KİV-lərinin bu reallığı görməzdən gəlməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş terminlərdən israrla istifadə etməsi heç bir hüquqi normaya uyğun gəlmir.

İnformasiyanın dili siyasətin güzgüsüdür. Əgər bu güzgü bilərəkdən təhrif olunursa, deməli məqsəd təkcə xəbər vermək deyil, informasiya vasitəsilə reallığı dəyişməyə cəhd etməkdir!

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri