Icma.az
close
up
RU
Rusiya Mərkəzi Bankı AB yə qarşı iddia qaldırıb

Rusiya Mərkəzi Bankı AB yə qarşı iddia qaldırıb

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Mərkəzi Bankı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bloklanmış aktivlərin qeyri-müəyyən müddətə dondurulması ilə bağlı Avropa Birliyinə (AB) qarşı iddia qaldırıb.

Reyting.az xəbər verir ki, bu, 2022-ci ilin fevral ayından bəri ilk belə iddiadır.

Lüksemburqdakı AB Baş Məhkəməsində qaldırılan iddia, Avropa Şurasının 12 dekabr 2025-ci il tarixli qərarına etiraz edir.

Rusiya Mərkəzi Bankının məlumatına görə, AB tənzimləməsi beynəlxalq hüquqla təmin edilən “ədalətə çıxış, mülkiyyət toxunulmazlığı və dövlətlərin və onların mərkəzi banklarının suveren toxunulmazlığı kimi fundamental və ayrılmaz hüquqlarını” pozur.

Qeyd olunur ki, dekabr ayında AB-yə üzv dövlətlər Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya tammiqyaslı işğalından bəri blokda saxlanılan təxminən 210 milyard avroluq Rusiyanın suveren aktivlərinin dondurulmasının uzadılması barədə razılığa gəliblər. AB bu aktivləri müharibə bitənə və Rusiya Ukraynaya təzminat ödəyənə qədər dondurulmuş saxlamağı planlaşdırır.

Vəsaitlərin əksəriyyəti Belçikanın Euroclear depozitarında saxlanılır. Belçika hökuməti əvvəllər AB-nin bu aktivləri Ukraynanı dəstəkləməyə görə kredit üçün girov kimi istifadə etmək təşəbbüslərinə ehtiyatla yanaşıb.

Rusiya Mərkəzi Bankı bildirir ki, Avropa İttifaqı (Aİ) qaydaları aktivlərin hər hansı bir şəkildə köçürülməsinə daimi qadağa qoyur və Rusiya Bankını məhkəmədə hüquqlarını müdafiə etmək, o cümlədən bu vəsaitlərlə bağlı məhkəmə qərarlarının icrasını tələb etmək imkanından məhrum edir. Moskva həmçinin iddia edir ki, Aİ Şurası qaydaları yekdilliklə deyil, səs çoxluğu ilə qəbul etməklə ciddi prosedur pozuntularına yol verib.

Qaydaların dərcindən qısa müddət sonra Rusiya Mərkəzi Bankı Aİ-ni aktivlərin Ukraynanı dəstəkləmək üçün istifadə edildiyi təqdirdə Avropa banklarından kompensasiya tələb edən yerli məhkəmələrdə potensial iddialar barədə xəbərdar edib. Bundan əlavə, dekabr ayında Rusiya Bankı Moskvada Euroclear-a qarşı 18,2 trilyon rubl (235 milyard dollar) məbləğində iddia qaldırıb.

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Mart 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri