Icma.az
close
up
RU
Rusiya millisinin sabiq baş məşqçisi: Vasili Berezutski “Sabah” üçün uğurlu seçimdir EKSKLÜZİV AZƏRTAC

Rusiya millisinin sabiq baş məşqçisi: Vasili Berezutski “Sabah” üçün uğurlu seçimdir EKSKLÜZİV AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 noyabr, AZƏRTAC

“Vasili Berezutskinin “Sabah”ın sükanı arxasına gətirilməsi kifayət qədər uğurlu seçim və layiqli təyinatdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı keçmiş futbolçu Boris İqnatyev Vasili Berezutskinin “Sabah” komandasına baş məşqçi təyin olunmasını şərh edərkən deyib.

O, 42 yaşlı mütəxəssisin oyunu yaxşı oxumaq bacarığında olduğunu bildirib: “Vasili uzun illər Rusiya millisində, eləcə də Moskva MOİK-ində çıxış edib. Böyük təcrübəyə malik oyunçu olub. O, savadlı məşqçilərin yanında işləyərək, futbolun sirlərinə dərindən yiyələnib. Baş məşqçi kimi ilk təcrübəsi olduğu üçün özünü sübut etməyə çalışacaq. Məşqçi üçün təkbaşına nəsə etmək çətindir. Lakin daha əvvəl rusiyalı çalışdırıcı Murad Musayev “Sabah”da uğur qazanmışdı. Hesab edirəm ki, komandaya kifayət qədər fayda verdi. İndiki heyətdə olan oyunçulardan və rəhbərliyin yaradacağı şəraitdən çox şey asılı olacaq. Dəstək olmayanda işləmək çətinləşir. İnanıram ki, məşqçi heyəti, futbolçular və rəhbərlik problemlərin həll yolunu birgə tapa biləcəklər”.

Vaxtilə SSRİ və Rusiya yığmalarında işləmiş 83 yaşlı B.İqnatyev Azərbaycan futbolunu yaxından tanıdığını söyləyib: “Yuri Syomin və Murad Musayev Azərbaycanda işləyəndə onların qonağı olmuşdum. Sizin klublarda iş prosesinin necə getdiyini bilirəm. Həqiqətən də məşqçilərə çox yaxşı dəstək göstərilir. Bütün bunlar hər kəsə məlumdur. Buna görə də Vasili Berezutskinin işinə ümidlə baxıram və onun müsbət nəticə verəcəyini düşünürəm”.

Qeyd edək ki, “Sabah” Vasili Berezutski ilə 2.5 illik müqavilə imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see198

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see194

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see159

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see135

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri