Icma.az
close
up
RU
Rusiya misli görünməmiş hücuma keçdi Moskva savaşda son nöqtəni qoyur?

Rusiya misli görünməmiş hücuma keçdi Moskva savaşda son nöqtəni qoyur?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

 Son günlər Rusiya Ukraynaya  hücumlarının sayını kəskin artırıb. Kiyevdə enerji obyektləri, Xarkovda uşaq bağçasına və yaşayış yerlərinə hücum olundu, ölən və yaralanlar var. Son hücumların intensivləşməsi və mülki əhalinin hədəfə alınması Rusiya tərəfinin strateji mesajı kimi necə şərh edilə bilər? Bu hücumlar Ukrayna rəhbərliyinə təzyiq göstərmək, Zelenskinin istefasını sürətləndirmək məqsədi daşıyırmı? 

Siyasi şərhçi Anar İsayev  Moderator.az-a açıqlamasında deyib ki, Rusiyanın Ukraynaya son hücum dalğası həm taktiki, həm də siyasi-strateji əhəmiyyət daşıyır. 

Onun sözlərinə görə, qış öncəsi Rusiyanın əsas hədəfi enerji infrastrukturlarıdır:

“Rusiya artıq üçüncü qışa gedən bu müharibədə əvvəlki illərdə olduğu kimi Ukraynanın enerji sistemini iflic etməyə çalışır. Elektrik, istilik və su təchizatının zərbə alması əhalinin dözümlülüyünü sındırmaq, hökumətə qarşı narazılığı artırmaq məqsədi daşıyır.

Xarkov, Kiyev, Dnipro kimi şəhərlərdə mülki hədəflərə zərbə vurmaqla Moskva beynəlxalq gündəmi yenidən Ukraynaya çevirmək, eyni zamanda Qərb ictimaiyyətində “bu müharibə heç vaxt bitməyəcək” təəssüratı formalaşdırmaq istəyir. Bu, xüsusilə ABŞ və Avropa cəmiyyətlərində “yardımı davam etdirməyə dəyərmi?” sualını gücləndirməyə hesablanıb. Hesab edirəm ki,mülki əhalinin və uşaqların hədəfə alınması “Zelenski hakimiyyətinə qarşı daxili təzyiqin” artırılması strategiyasının bir hissəsidir. Moskva hesab edir ki, iqtisadi çətinliklər, enerji böhranı və davamlı raket hücumları fonunda Ukrayna rəhbərliyinə etimad zəifləyəcək. Nəzərə alsaq ki, son aylarda həm orduda itkilərin çoxluğu, həm də ABŞ yardımının azalması Ukrayna daxilində Zelenskiyə qarşı narazılığı artırmaqdadır. Rusiya bu zəifliyi hiss edərək hücumların intensivliyini artırmaqla “Zelenski getməsə, sülh olmayacaq” mesajını həm Ukrayna ictimaiyyətinə, həm də Qərb paytaxtlarına ötürür”.

Siyasi şərhçi  hesab edir ki,  hələlik Moskvanın məqsədi Zelenskini fiziki və ya dərhal siyasi şəkildə devirmək deyil — daha çox onun mövqeyini zəiflətmək və sülh danışıqlarında güzəştə məcbur etməkdir:

“Əslində son Tramp-Zelinski görüşündə də sülhün olması üçün Trampın şərti, həm də demək olar tələbi Ukraynanın ərazi itkisilə razılaşmasıdır. Lakin təbii ki, nə rəsmi Kiyev, nə də Qərb dövlətləri bu tələblə razılaşa bilməzlər.Bu konteksdəTramp–Putin görüşünün ləğvi əslində sülh prosesinin gedişatına ciddi təsir göstərə bilər. Belə ki, görüş ləğv edildikdən sonra həm Moskva, həm də Vaşinqton tərəfi bir-birinə qarşı daha sərt ritorikaya keçdi. Bu isə atəşkəs və ya sülh formatı üçün yeni diplomatik pəncərənin bağlanması deməkdir. Ona görə də mümkündür ki, Rusiya yaxın 1–2 ay ərzində maksimum hərbi üstünlük qazanmağa, Ukrayna isə hava hücumundan müdafiə sistemlərini gücləndirmək, ABŞ-dan və Avropa ölkələrindən yeni maliyyə paketi və uzaq mənzilli raketlərin alınmasına çalışacaq.

Tramp faktorunun aradan qalxması (müvəqqəti də olsa) Putinə “siyasi boşluqdan istifadə etmək” imkanı verir. O, danışıqlardan kənarda qalaraq, faktiki nəticələri meydanda yaratmaq istəyəcək — yəni “masa”ya əlində daha çox ərazi və üstün mövqe ilə qayıtmaq istəyəcək”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri