Rusiya Müdafiə Nazirliyinə bağlı sayt dağıdıldı
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Rusiya Müdafiə Nazirliyinə bağlı “Mikord” şirkətinin rəsmi saytı haker hücumuna məruz qalıb.
Bakupost.az xəbər verir ki, nşirkətin səhifəsi hakerlər tərəfindən sındırılıb.
Hüquq müdafiəsi layihəsi “İdite Lesom”un rəhbəri Qriqori Sverdlin bildirib ki, hakerlər onunla əlaqə saxlayaraq reestrə aid böyük həcmdə materiallar — texniki və maliyyə sənədləri, eləcə də mənbə kodu göndəriblər. Sverdlin yazıb: “Məlumatların məhv edilməsi və bütün infrastrukturun sıradan çıxarılması səbəbindən reestrin inkişafı ən azı bir neçə ay təxirə salınıb.”
Hazırda “Mikord”un saytı işləmir. Əsas səhifədə yalnız “Saytda texniki işlər aparılır” yazısı göstərilir.
Hakerlər saytda “Vahid hərbi çağırış reyestrinin əsas tərtibatçısının serverləri “hack” olunub, bütün məlumatlar silinib. Mənbə kodu və sənədlər jurnalistlərə təqdim ediləcək və açıq istifadəyə çıxarılacaq. İndi reyestrinizlə birlikdə meşəyə gedin” mesajını qoyublar.
Şirkət hücumu təsdiqləyib, lakin kim tərəfindən edildiyi barədə məlumat açıqlamayıb.
“Mikord” Müdafiə Nazirliyinə bağlı “Elektron çağırış reyestri” layihəsinin hazırlanması və texniki xidmət həyata keçirən əsas podratçılardan sayılır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İsrailin Müdafiə Nazirliyinə HÜCUM
14 Yanvar 2025 11:32
Danimarka Müdafiə Nazirliyinə dron müşahidəsi
27 Sentyabr 2025 17:10
Ermənilərin baş taktiki yenidən Müdafiə Nazirliyinə
28 Noyabr 2024 12:30
İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub
20 İyun 2025 10:14
Baxış sayı:106
Bu xəbər 11 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















