Icma.az
close
up
RU
Rusiya müharibə hazırlıqlarına BAŞLADI Ukraynadan sonra hədəfdə DÖRD ÖLKƏ VAR...

Rusiya müharibə hazırlıqlarına BAŞLADI Ukraynadan sonra hədəfdə DÖRD ÖLKƏ VAR...

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Rusiyanın NATO-ya üzv ölkələrlə sərhədində olduqca gərgin vəziyyət yaranıb. Gərginliyin yaranmasına səbəb Rusiya və Belarusun hərbi təlimlərə start verəcəyilə bağlı yayılan informasiyadır.
Belə ki, sentyabrın 12-dən 16-dək Rusiya və Belarus hərbçilərinin birgə iştirak edəcəyi “Qərb-2025” təlimləri keçiriləcək. Həmin təlimlərin Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə keçiriləcəyi gözlənilir. Məlumata görə, Moskva bu təlimlərdə NATO qüvvələri ilə mümkün toqquşma ssenarisini məşq edəcək.
Şərqi Avropada müharibə təhlükəsi
Bu vəziyyət Rusiyaya qonşu olan Litva və Polşada ciddi narahatlıq yaradıb. Litvanın müdafiə nazirinin müavini Tomas Godlyauskas bildirib ki, NATO və Aİ sərhədləri yaxınlığında keçirilən təlimlərə ciddi yanaşılmalıdır. Polşanın baş naziri Donald Tusk isə bu təlimləri ölkəsinə qarşı hücum hazırlığı kimi qiymətləndirib.
Qeyd edək ki, Belarusla Rusiyanı birgə keçirəcəkləri təlimə Minsk rəsmilərinin dediyinə görə, 13 min hərbçi cəlb ediləcək. Ancaq NATO və Ukrayna mənbələri bu rəqəmin daha yüksək-100–150 min nəfər ola biləcəyi qənaətindədir. 
Bu təlimlərdən əvvəl isə Finlandiyada Avropa və ABŞ hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb. Avqustun 25-29-u arasında isə Litva “Brave Griffin 25-II” adlı sahə-taktiki hərbi təlimləri baş tutub.
Nə baş verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirdi ki, Polşa və Litvanın sözügedən narahatlığı Rusiya ilə Belarusun keçirdiyi təlimlərin həmin ölkələrə ciddi təhdidlər yarada biləcəyi təhlükədən qaynaqlanır:
 

“Təlimlərin məqsədi ordunu ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirməkdən ibarətdir. Onun da arxasında təbii ki, ehtimal olunan döyüş əməliyyatları dayanır. Döyüş təlimlərində əsas məqsəd yalnız ölkənin ərazi bütövlüyünü qorumaq deyil, həm də ölkənin, xüsusən də imperalist ölkələrin ərazilərini genişləndirməsi məsələsidir.


Polşa tarixən təcavüzə məruz qalmış ölkədir. İkinci Dünya Müharibəsi 1 sentyabr 1939-cu ildə başlayıb. Başlıcası isə odur ki, həmin müharibəni təkcə faşist Almaniyası deyil, eyni zamanda, Sovet İttifaqı başlayıb. Almanlar həmin dövrdə Polşaya qarşı müharibəyə başlayanda, ruslar da Belarus və Ukrayna cəbhəsindən Polşaya müdaxilə edib. Hətta sentyabrın 15-də faşist Almaniyası ordusu ilə sovet ordusunun Varşavada hərbi paradı keçirilir. Ardınca Almaniya və sovet rejimi polyak xalqına divan tutur”.
Bu mənada həmsöhbətimiz indiki vəziyyətdə görə Polşanın narahat olmağa kifayət qədər əsasının olduğunu düşünür:
“Rusiyanın Polşa və Litva sərhədi yaxınlığında müttəfiqi Belarusla birgə hərbi təlimlər keçirməsi, sərhədə 150 minlik ordu yerləşdirməsi sözsüz ki, yaxın ölkələr üçün narahatedici məqamdır. Belə məqamda NATO-nun hərəkətə keçməsi, Qərbin bir cəbhədə birləşməsi zərurətə çevrilir. Çünki Rusiya qarşısında hər hansı bir hədəf görmədikcə, hücuma davam edəcək. İlk növbədə də Polşa və Baltikyanı ölkələrə (Latviya, Litva, Estoniya).
Polşa və Litvanın narahatlığı Rusiya ilə Belarusun keçirdiyi təlimlərin ciddi təhdidlər yarada biləcəyi ehtimalından qaynaqlanır. Məqsəd də sovetlər birliyinin ərazisini bərpa etmək və sərhədi Avropaya doğru genişləndirməkdən ibarətdir”.
Rüfət Sultan, Bizim.Media    

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri