Icma.az
close
up
RU
Rusiya müharibədə məğlub olur: Putin “Rubikonu keçdi” İki yol var

Rusiya müharibədə məğlub olur: Putin “Rubikonu keçdi” İki yol var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi xəbəri yayılıb. Bu barədə “The Hill” nəşri çıxış edib. Bildirilir ki, Senat sanksiyalarla bağlı son qərarı Trampın ixtiyarına verəcək, lakin ABŞ Prezidentinin sanksiya silahından vaz keçəcəyi ehtimal edilir.

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, söhbət Trampın Putinə verdiyi vaxtın sona çatmasından sonra tətbiq edəcəyi ehtimal sanksiyalardan getmir:

“Bu, insanların diqqətini cəlb etmək və prosesin həssaslığını göstərmək üçün atılan addımdır. “The Hill” nəşri bəlkə də Trampı real addım atmağa vadar etmək istəyir. Tramp hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin heç birini yerinə yetirməyib. Nə Yaxın Şərqdə, nə də Rusiya–Ukrayna münaqişəsində ciddi addımlar atıb. Əksinə, vəziyyət tam əksi istiqamətdə inkişaf edir. Tramp daha çox danışıqlara üstünlük verir və bu yolla Bayden dövründə alovlanan münaqişələri danışıqlar masasına gətirməyə çalışır. O, həmçinin Nobel Sülh Mükafatını almaq niyyətindədir”.

Politoloq qeyd edib ki, ABŞ təhdidlər və pərdəarxası müzakirələr vasitəsilə Kremlin danışıqlara cəlb olunmasını istəyir:

“Lakin Rusiya-Ukrayna məsələsində vəziyyət o qədər mürəkkəbləşib ki, danışıqlarla həll yolu tapmaq çətin görünür. Putin artıq “Rubikonu keçib” (geri dönüşü olmayan yola girib – red.) və ya tam qalib gəlməli, ya da döyüş meydanında məğlub olmalıdır. Əks halda, heç bir nəticə əldə olunmayacaq.

Həmçinin oxuyun:

“Putinlə görüşə bilərəm” – Zelenski şərtini açıqladı

Ukrayna isə masaya oturmağa hazır deyil. Hər iki tərəf – Rusiya da, Ukrayna da öz mövqelərini gücləndirmək istəyir. Rusiya daha ağır itkilərə məruz qalmasına baxmayaraq, geri çəkilmək niyyətində deyil, Ukrayna isə torpaqlarını qorumağa çalışır. Rusiya itkiləri gündən-günə artır”.

Xəyal Bəşirov

“Putinin son zamanlar səsləndirdiyi fikirlər, o cümlədən Belarus Prezidenti Aleksandr Lukaşenkonun açıqlamaları göstərir ki, Rusiya çətin durumda olsa da, danışıqlara getmək istəmir və günahı Ukrayna Prezidenti Volodimir Zelenskiyə atır. Bu mövqe Rusiya Federasiyası Şurasının sədr müavini Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrovun fikirləri ilə üst-üstə düşür.

Rusiya artıq məğlubiyyətə yaxın mərhələdə olsa da, geri çəkilmək istəmir. ABŞ isə diplomatik manevrlər edir, lakin bu, Prezident Trampın beynəlxalq imicinə ciddi zərbə vurur”, – X.Bəşirov bildirib.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri