Rusiya müharibədə ötən ay neçə nəfər itirib? Trampdan açıqlama
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən ay Rusiya Ukraynaya qarşı müharibəsində 25 000, ondan əvvəlki ayda isə daha 32 000 nəfər itirib.
Bizim.Media "Fox News"a istinadən xəbər verir ki, ABŞ lideri Donald Tramp bu barədə jurnalistlərə bildirib.
"Onların 97%-i hərbçilərdir. Lakin hərbçi və ya mülki şəxs olmalarından asılı olmayaraq, sadəcə təsəvvür edin: 32 000. İki ay əvvəl 33 000 nəfər, bu ay isə 25 000 nəfər həlak olub. Necə də dəhşətli faciədir", - deyə ABŞ Prezidenti sözlərinə davam edib.
Tramp həmçinin müharibəyə mümkün qədər tez son qoyulmasının vacibliyini vurğulayıb.
"Mən Zelenski ilə çox danışmışam; o, güzəştlərə gedir, Putin də həmçinin. Və bir gün ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də sərt qış düşməzdən əvvəl onlar razılığa gələcəklər", - deyə Amerika lideri bildirib.
Bizim.Media
Baxış sayı:106
Bu xəbər 27 Sentyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















