Rusiya mülki şəxslərin mübadiləsini təklif edir
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Rusiya Ukraynaya mülki şəxslərin mübadiləsini təklif edib. Ruslar ələ keçirilən eyni sayda Rusiya vətəndaşının müqabilində 31 nəfəri azad etməyə hazırdır.
Reyting.az xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova deyib.
“Ukrayna tərəfi bizə qarşılıqlı repatriasiya üçün vətəndaşların siyahısını təqdim edib. Onlar bizdən heç bir şərt olmadan Ukraynaya təhvil verməmizi xahiş etmək istəyirlər. Bu günə olan məlumata görə, 31 nəfərlik siyahı Ukrayna tərəfinə göndərilib”, - o, jurnalistlərə deyib.
Moskalkova onu da əlavə edib ki, bu həftə Ukrayna parlamentinin insan hüquqları üzrə komissarı Dmitri Lubinets ilə görüşməyi planlaşdırır.
Xatırladaq ki, avqustun 14-də Ukrayna və Rusiya Federasiyası yeni məhbus mübadiləsi həyata keçirib. 84 ukraynalı rus əsirliyindən qayıdıb. Onların bəziləri 2014-cü ildən əsirlikdə idi.
Rusiya əsirliyindən azad edilən ukraynalılar arasında həm hərbi qulluqçuların, həm də mülki şəxslərin olduğu məlumdur. Onların demək olar ki, hamısının tibbi yardıma ehtiyacı var.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Rusiya və Ukrayna təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsini aparacaq Yeni razılaşma
23 İyul 2025 23:52
Rusiya hərbçiləri Xersonda mülki şəxslərin olduğu avtobusu PUA ilə vurub
09 Avqust 2025 21:59
Bu şəxslərin maaşlarının artırılması təklif olunur
26 Noyabr 2024 11:52
Bu şəxslərin maaşları artırıla bilər TƏKLİF
20 Noyabr 2024 21:45
Baxış sayı:81
Bu xəbər 18 Avqust 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















