Rusiya naminə dəstək: Şoltsun rəqibləri fikrini dəyişdi
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın kansleri Olaf Şoltsun siyasi rəqibləri Rusiya ilə münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün onu dəstəkləmək qərarına gəliblər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Dekabrın 16-da Bundestaq Şolts hökumətinə etimad məsələsini müzakirə edəcək. Lakin ona qarşı etimadsızlıq səsi verilərsə, o zaman 2025-ci ilin fevralında növbədənkənar seçkilər keçiriləcək.
İlkin məlumata görə, 733 qanunverici Şoltsa etimadsızlıq səsi verməyə hazırlaşır.
Almaniya üçün Alternativ (AfD) partiyasının bəzi deputatları artıq mövqelərini açıqlayıblar. Onlar indiki kansleri dəstəkləməyə hazırlaşırlar, çünki onlar Xristian Demokratik İttifaqından Fridrix Merzin hakimiyyətə gəlməsinin Almaniyanı silahlı münaqişəyə sürükləyə biləcəyindən ehtiyat edirlər.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 13 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















