Icma.az
close
up
RU
“Rusiya NATO ilə müharibəyə hazırlaşır“ Danimarka kəşfiyyatı

“Rusiya NATO ilə müharibəyə hazırlaşır“ Danimarka kəşfiyyatı

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Əsas şərtlər qüvvələr balansının dəyişməsi, Moskvanın Alyansın zəifliyinə inamı və ABŞ-ın müdaxilə etməməsidir..."

Əgər Şimali Atlantika Alyansı Rusiya ilə paralel olaraq yenidən silahlanmasa, Ukraynadakı müharibə bitdikdən cəmi altı ay sonra Moskva yeni bir işğala hazır olacaq.

Moderator.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.

Məxfi olmayan məlumatlara görə, NATO-ya qarşı hərbi hücum təhlükəsi hələlik yoxdur, lakin yaxın illərdə bu təhlükə artacaq.

Tammiqyaslı müharibənin əvvəlində Rusiya ordusunda böyük yenidənqurma və islahatlara başlayıb və 2024-cü il ərzində NATO ilə bərabər səviyyədə döyüşmək üçün intensiv şəkildə yenidən silahlanıb. Çinin maliyyə və maddi dəstəyi, eləcə də Şimali Koreya və İranın silah və hərbi qüvvə tədarükü Rusiyaya öz resurslarını azad etməyə kömək edir:

"Rusiya özünü Qərblə münaqişədə görür və NATO-ya qarşı müharibəyə hazırlaşır. Bu, müharibəyə başlamaq qərarının artıq verildiyi anlamına gəlmir, lakin Rusiya silahlanır və belə bir qərar vermək üçün potensialını artırır".

Rusiya hələ də NATO-nun 5-ci maddəsinin işə salınmasına səbəb ola biləcək addımlardan çəkinməyə çalışır. Lakin güc balansı dəyişərsə, Moskvanın risk iştahı arta bilər.

Məsələn, əgər Alyansı zəif və ya siyasi cəhətdən parçalanmış, xüsusilə də ABŞ-ın bu münaqişədə Avropanı dəstəkləməyəcəyini  hesab edərsə, Moskva bir və ya bir neçə Avropa ölkəsinə qarşı regional müharibəyə qərar verə bilər.

Rusiya tərəfindən real hərbi təhlükə həm də Ukraynadakı müharibənin gedişindən asılıdır. Kəşfiyyat hesab edir ki, Moskvanın eyni anda həm ukraynalılarla, həm də NATO-nun bir və ya bir neçə ölkəsi ilə müharibə aparmaq imkanı az ehtimal olunur. Lakin müharibə dayandırıldıqda və ya dondurulduqda, Kreml böyük hərbi resursları azad edə biləcək.

Danimarka kəşfiyyatının qiymətləndirməsinə görə, əgər NATO kifayət qədər sürətlə yenidən silahlanmazsa, Ukraynadakı müharibə bitdikdən sonra aşağıdakı ssenarilər mümkündür:

- Altı ay ərzində Rusiya qonşu ölkələrdən birində lokal müharibə apara biləcək;

- Təxminən iki il ərzində Rusiya bir və ya bir neçə NATO ölkəsi üçün real təhlükə yaradacaq, yəni Baltik dənizi regionunda bir neçə dövlətə qarşı regional müharibəyə hazır olacaq;

- Təxminən beş il ərzində Moskva ABŞ-ın iştirakı olmadan Avropa qitəsində genişmiqyaslı müharibəyə hazır ola bilər.

Rusiyanın NATO ilə müharibəsi

Məlum olduğu kimi, Ukraynaya tammiqyaslı hücumdan sonra Alyans Rusiya Federasiyası ilə mümkün münaqişəyə hazırlıqlara başlayıb.

NATO qüvvələrini modernləşdirir, genişmiqyaslı hərbi təlimlər keçirir və hərbi kontingentini şərq cinahına yerləşdirir. Artıq müharibə dövründə Finlandiya və İsveç Alyansa qoşulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri