Rusiya: NATO Ukrayna ilə bağlı sülh danışıqları prosesinə mane olmağa çalışır
Icma.az bildirir, Operativ MM portalına istinadən.
Lavrov Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
İclasda çıxış edən Lavrov G20 toplantısının nəticələrindən razı qaldıqlarını qeyd edərək, "Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar oldu" deyib.
Ehtiyacı olan ölkələrə dəstək verilməsinin vacibliyinə diqqət çəkən Lavrov Ukraynaya yüz milyardlarla dollarlıq hərbi dəstək verildiyini bildirib.
"Bunlar bütün dünyada, xüsusilə Afrikada həyati əhəmiyyətli inkişafa yardım proqramlarına xərclənə bilərdi", - Lavrov deyib.
"Rutte bütün alyans üzvlərinin konsensusunu əks etdirməli olan dövlət qulluqçusu kimi deyil, güclü dövlətin başçısı kimi davranır. O, NATO ölkələrinə səfər edir və Rusiyanın xeyir götürməməsi üçün sülh danışıqlarının qarşısının alınmasını tələb edir. Bizdə olan məlumata görə, Rutte Zelenskiyə deyir ki, o, dik durmalı, zəifliyini nümayiş etdirməməlidir",- Lavrov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















