Icma.az
close
up
RU
Rusiya nefti yenidən Qərb tankerlərində daşınmağa başlayıb “Bloomberg”

Rusiya nefti yenidən Qərb tankerlərində daşınmağa başlayıb “Bloomberg”

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Rusiya neftinin beynəlxalq bazarlara tədarükü artıq Qərb şirkətlərinə məxsus və ya onların sığortası altında olan tankerlərlə həyata keçirilə bilər.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, bu dəyişiklik, əsasən “Urals” markalı Rusiya neftinin qiymətinin 60 dollar/bareldən aşağı düşməsi ilə əlaqədardır.
Xatırladaq ki, bu qiymət limiti 2022-ci ildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cavab olaraq Qərb ölkələri tərəfindən tətbiq edilib. Həmin vaxtdan etibarən Rusiya nefti əsasən sanksiyalardan yayınmaq üçün “kölgə donanması” adlandırılan, qeyri-rəsmi və az tanınan şirkətlərə məxsus köhnə tankerlərlə daşınırdı. Lakin qiymətlərin ucuzlaşması bu məhdudiyyətlərin artıq keçərsiz olmasına səbəb olub.
“Bloomberg”in məlumatına görə, neftin ucuzlaşmasında ABŞ Prezidenti Donald Trampın bu ayın əvvəlində tətbiq etdiyi yeni tariflər əsas rol oynayıb. Tarif qərarları neft bazarına təzyiq yaradaraq, qiymətlərin düşməsinə səbəb olub.
Hazırda, xüsusilə Baltik və Qara dəniz limanları vasitəsilə həyata keçirilən tədarük marşrutlarında Qərb tanker və sığorta şirkətlərinin iştirakı kəskin şəkildə artıb. Aprel ayında yüklənmiş və ya bron edilmiş tankerlərin 43%-i artıq Qərb şirkətlərinə məxsusdur. Bu rəqəm ilin ilk üç ayında 30% təşkil edirdi.
Bundan əlavə, bu həftənin əvvəlində “Urals” markalı neftin qiyməti 2023-cü ilin iyun ayından bəri ilk dəfə olaraq 50 dollar/barel səviyyəsindən aşağı düşüb. Brent markalı neftin qiyməti isə 2021-ci ilin fevralından bəri ilk dəfə olaraq 59 dollar/bareldən aşağı enib.
Bildirilir ki, sanksiyaların effektivliyi zəiflədikcə və qiymətlər aşağı düşdükcə, Rusiya nefti yenidən beynəlxalq neft bazarına daha açıq yollarla çıxış əldə edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see160

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see132

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see122

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri