Icma.az
close
up
RU
“Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə...” Hakan Fidan

“Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə...” Hakan Fidan

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri əsnasında Rusiya – Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı bir sıra fikirlərini bölüşüb.

APA “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla, bir sıra rəsmilərlə görüş keçirəcəyini açıqlayıb.

Hakan Fidan deyib ki, Rusiyada olduğu kimi ölkəsinin atəşkəsin önəmi ilə bağlı mövqeyi rəsmi Kiyevin də diqqətinə çatdırılacaq:

“Hər iki tərəf həqiqətən də atəşin dayandırılmasını istəyir. Lakin onların bununla bağlı tələbləri fərqlidir. Həmin tələbləri razılaşdırmağa ehtiyac var. Bunun üçün isə danışıqlar və vasitəçilik tələb olunur. Mən hesab edirəm ki, ölkəmiz də daxil olmaqla vasitəçilik edən tərəflərin təklif etdikləri yeni perspektivlər bu prosesdə mühüm rol oynayır. Nizamlanma prosesinə məsul olan bütün ölkələr müəyyən addımlar atmalı və yükü öz üzərinə götürməlidir. Hazırda biz vasitəçilik sayıla biləcək bir çox funksiyaları yerinə yetiririk. Lakin irəliləyişə yalnız bir vasitəçi ilə nail olmaq olmaz”.

Hakan Fidan ABŞ-ın da bu prosesdə iştirakına toxunub. Türkiyəli nazir bəyan edib ki, indiki halda Rusiyanın da eyni addımı atması zəruridir:

“Donald Tramp prosesin əvvəlindən qətiyyət, ABŞ və Avropa isə mövqelərin uzlaşdırılması məsələsində dayanıqlılıq nümayiş etdirib. Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə, ABŞ-ın gözündə arzuolunmaz vəziyyətə düşəcək. Biz ruslar, ukraynalılar və avropalılarla təmasdayıq. Onlar bizə müraciət edir, nəyisə soruşub öyrənməyə çalışırlar. Çünki baş verənlər hər üçünün marağındadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 May 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri