Rusiya nüvə silahlarının istifadəsinə yönəlmiş təlim keçirdi
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Rusiya ordusu strateji nüvə silahlarının istifadəsinə yönəlmiş planlı təlim keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə kremldən açıqlama verilib. Açıqlamaya görə, Rusiya Silahlı Qüvvələri Prezident Vladimir Putinin komandanlığı altında strateji nüvə silahı təlimi keçirib. Açıqlamada Rusiya hava, quru və dəniz qüvvələrinin təlimə qatıldığı, məşqlər zamanı qitələrarası ballistik və qanadlı raketlərin atıldığı qeyd edilib. Təlimdə Tu-95MS təyyarəsinin də iştirak etdiyi bildirilib. Məlumata görə, təlimlər zamanı Kamçatka dənizindəki nüvə sualtı qayığından “Yars” qitələrarası ballistik raketi, Barents dənizindəki nüvə sualtı qayığından isə “Sineva” ballistik raketi buraxılıb.
Təlimdə Rusiyanın müdafiə naziri Andrey Belausov, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 Oktyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















