Rusiya Odessa vilayətində iki limana zərbə ENDİRDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən iki limana zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gün ərzində Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan dəniz gəmilərinə və liman infrastrukturuna zərbələri davam etdirib.
Bildirilib ki, Yujnı limanında iki quru yük gəmisinə, Ukrayna qoşunlarına məxsus hərbi əmlakın saxlandığı dörd anbara və liman infrastrukturunun obyektlərinə zərbələr endirilib.
Bundan başqa, Rusiya qüvvələrinin Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yanacaq çənlərini də vurduğu qeyd olunub.
Qeyd edək ki, daha əvvəl avqustun 25-nə keçən gecə Rusiya ərazisi üzərində 148 hava hədəfinin vurulduğu bildirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Voronej, Kursk, Lipetsk və Rostov vilayətlərində, Krasnodar diyarında, Krımda, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində fəaliyyət göstərib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 25 Avqust 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















