Icma.az
close
up
RU
Rusiya Odessada səfərbərlik mərkəzinə zərbə endirdi Zelenski Qərbə çağırış etdi

Rusiya Odessada səfərbərlik mərkəzinə zərbə endirdi Zelenski Qərbə çağırış etdi

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 11-i səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın cənubundakı Odessa şəhərinə növbəti dron hücumları həyata keçirib. Yerli mənbələrə görə, hücum nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

Ukrayna mediasının – “RBK-Ukrayna” və “Dumskaya”nın məlumatına əsasən, əsas hədəflərdən biri şəhərin səfərbərlik üzrə məsul qurumu – Ərazi Komplektləşdirmə Mərkəzi (TÇK) olub. Bu mərkəz vətəndaşların orduya çağırışı və qeydiyyatına cavabdehdir.

Zərbələr nəticəsində yaşayış binaları, texniki xidmət stansiyası, avtomobillər və bir tövlə ziyan görüb. Hücum zamanı bir at tələf olub, bir neçə heyvan yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Odessaya və Xarkova endirilmiş hücumları təsdiqləyib və Qərb liderlərinə müraciət edərək Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə çağırıb:
“Ukraynaya müdafiə lazımdır”, – deyə Zelenski vurğulayıb.

Bu, son iki həftədə Odessadakı TÇK-ya edilən altıncı hücumdur. Daha əvvəl Krivoy Roq, Poltava, Kremençuk, Xarkov və Zaporojyedəki səfərbərlik mərkəzləri də hədəfə alınmışdı.

Ukrayna Silahlı Qüvvələri hesab edir ki, Rusiya bu hücumlarla səfərbərlik prosesini pozmaq və cəbhəyə insan axınının qarşısını almağa çalışır. Bəzi rusiyapərəst “Telegram” kanallarında isə hücum zamanı istifadə olunan dronlardan birində ukraynaca “TÇK-ya yerli sakinlərdən” ifadəsinin yazıldığı iddia olunub. Bu, Kreml təbliğatının Ukrayna daxilində narazılıq yaratmaq cəhdi kimi dəyərləndirilir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri