Icma.az
close
up
RU
Rusiya Odessaya iki dəfə kütləvi zərbələr endirib

Rusiya Odessaya iki dəfə kütləvi zərbələr endirib

Icma.az bildirir, Azertag portalına istinadən.

Kiyev, 30 aprel, AZƏRTAC

Aprelin 30-na keçən gecə Rusiya Odessaya iki dəfə kütləvi hava hücumu həyata keçirib. Ən çox dağıntı Primorski rayonunda olub, burada hündürmərtəbəli binalar yanıb, uşaq bağçasına ciddi ziyan dəyib. Ümumilikdə 18 nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdə reanimasiyadadır.

AZƏRTAC bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin “Telegram” kanalına istinadla xəbər verir.

Zərbələr şəhərin yaşayış məntəqələrinə və mülki binalara dəyib. Primorski rayonu ən çox zərər çəkib: hündürmərtəbəli bina və beşmərtəbəli ev zədələnib, yuxarı mərtəbələrdə və damda böyük yanğınlar baş verib. Xilasedicilər onları lokallaşdıra biliblər.

Şəhər mərkəzindəki fərdi evlərə də ziyan dəyib.

Uşaq bağçası binasına da ciddi ziyan dəyib. Ticarət mərkəzi, otel və inzibati binalar zərər görüb.

Bir neçə dayanacaqda onlarla avtobus və avtomobil məhv olub və ya zədələnib. Xadjibey rayonunda zərbələr infrastruktur obyektlərinə, anbarlara və qaraj kooperativinə dəyib. Burada 17 yaşlı oğlan da daxil olmaqla, on səkkiz nəfər yaralanıb. İki nəfərin vəziyyəti ağırdır və tibb işçiləri onların həyatını xilas etmək üçün mübarizə aparırlar.

Bir nəfər travma şöbəsinə yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib, o, ambulator müalicəyə göndərilib.

Təmizləmə işlərinə 280-dən çox işçi və 68 ədəd texnika cəlb edilib. Zədələnmiş binaların sakinlərinə kömək etmək üçün ərazilərdə təcili yardım qrupları yerləşdirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri