Rusiya Odessaya kütləvi dron zərbələri endirdi Yaralılar var, binalar ziyan görüb
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa şəhərinə kütləvi dron hücumu həyata keçirib. Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, pilotsuz aparatlarla ondan çox obyekt hədəfə alınıb, nəticədə müxtəlif ərazilərdə yanğınlar baş verib, bir neçə nəfər, o cümlədən xilasedicilər yaralanıb.
Dron zərbələrindən biri dördmərtəbəli yaşayış binasına düşüb, binada güclü yanğın baş verib və üç yanğınsöndürən xəsarət alıb. Hədəf alınan digər obyekt – 23 mərtəbəli binada da yuxarı mərtəbələrdə yanğın qeydə alınıb. Hadisə nəticəsində 600-dən çox sakin təxliyə edilib.
Hücum zamanı bir neçə çoxmərtəbəli bina və inzibati obyekt, eləcə də dəmir yolu vağzalı zərər görüb. Rusiya Müdafiə Nazirliyi hələlik hücumla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Moskva bu cür hücumları adətən “hərbi-sənaye obyektlərinə qarşı zərbələr” kimi təqdim edir.
Ukrayna Hava Qüvvələrinin məlumatına görə, ötən gecə ölkə üzrə 86 dronla hücum olub, onlardan 70-i havada vurulub. Xarkov şəhərinə endirilən zərbələr nəticəsində isə 4 nəfər xəsarət alıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 İyun 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















