Rusiya Odessaya PUA larla hücum edib, 18 nəfər yaralanıb
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Odessaya (Ukrayna) gecə saatlarında həyata keçirdiyi kütləvi hücum nəticəsində 18 nəfər zərər çəkib.
Bakıvaxtı.az Ukrayna xəbər saytlarına istinadən xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
"Təəssüf ki, səhər saatlarına olan məlumata görə, 18 nəfərin zərər çəkdiyi məlumdur, onlardan doqquzu xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir", - o, Telegram kanalında qeyd edib.
Kiperin sözlərinə görə, hədəflərin əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Lakin dəymələr və qalıqların düşməsi nəticəsində onlarla mülki infrastruktur obyekti, o cümlədən çoxmərtəbəli və fərdi yaşayış evləri, mehmanxana, uşaq bağçası, inzibati bina, avtodayanacaq, xüsusi qarajlar və nəqliyyat vasitələri zədələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 30 Aprel 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















