Rusiya oliqarxlardan bu məqsədlə istifadə edir AÇIQLAMA
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“Nikol Paşinyan Vardanyanın azad edilməsi ilə bağlı Donald Trampa müraciət etməkdə maraqlı olmayıb. Burada bir neçə faktor var. Sözsüz ki, burada Azərbaycanla sülh məsələsi də rol oynayır. Sülh gündəliyinin irəliləməsi üçün Ermənistanın konstruktiv mövqe sərgiləməsi önəmlidir. Digər tərəfdən, aydın məsələdir ki, bu, bir nəticə verməyəcək. Çünki Vardanyan Azərbaycan qanunvericiliyi ilə, Azərbaycan daxilində törətdiyi cinayətlərə görə — separatçılıq, terrorizm, qeyri-qanuni hərbi birləşmələr yaradılması və digər əməllərə görə məsuliyyətə cəlb olunub”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, Paşinyan Rusiyanın dəstəklədiyi erməniəsilli oliqarxları dəstəkləmir:

“Paşinyan, ümumiyyətlə, Vardanyanın azad olunaraq Ermənistana gəlməsində maraqlı deyil. Çünki Paşinyan çox gözəl başa düşür ki, Vardanyan da hazırda Ermənistanda həbsdə olan Karpetyan kimi Rusiyanın bir layihəsidir. Yəni bu baxımdan, Karpetyan kimi Vardanyan da Rusiyanın adamı olaraq Paşinyanın devrilməsində maraqlı ola bilər. Bu, Paşinyan üçün bir təhdiddir. Rusiya postsovet məkanında öz təsir rıçaqlarını məhz öz ərazisində yaşayan oliqarxlar vasitəsilə həyata keçirməyə çalışır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, Paşinyan Rusiyanın dəstəklədiyi erməniəsilli oliqarxları dəstəkləmir:

“Paşinyan, ümumiyyətlə, Vardanyanın azad olunaraq Ermənistana gəlməsində maraqlı deyil. Çünki Paşinyan çox gözəl başa düşür ki, Vardanyan da hazırda Ermənistanda həbsdə olan Karpetyan kimi Rusiyanın bir layihəsidir. Yəni bu baxımdan, Karpetyan kimi Vardanyan da Rusiyanın adamı olaraq Paşinyanın devrilməsində maraqlı ola bilər. Bu, Paşinyan üçün bir təhdiddir. Rusiya postsovet məkanında öz təsir rıçaqlarını məhz öz ərazisində yaşayan oliqarxlar vasitəsilə həyata keçirməyə çalışır”.
Cavidan Mirzəzadə
Demokrat.az

Xəzərdəki balina maketi hansı məqsədlə üzə çıxarılıb? AÇIQLAMA
11 Noyabr 2024 18:06
Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! FOTO
09 Yanvar 2025 13:03
ABŞ Ukrayna münaqişəsindən bu məqsədlə istifadə edir: Çindən İDDİA
12 Mart 2025 16:42
Avtomobildə araqdan bu məqsədlə istifadə qadağan deyil
16 Dekabr 2024 20:08

