Rusiya Ordusu Kiyevə kütləvi raket və dron zərbələri endirib, 4 nəfər ölüb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gecə saatlarında Rusiya Ordusu Kiyevə kütləvi raket və dron zərbələri endirib.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində paytaxtın 15-dən çox məntəqəsində dağıntılar qeydə alınıb.
Solomyanski, Svyatoşinski, Qoloseyevski, Darnitski və Dneprovski rayonlarında yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə ziyan dəyib. Darnitski rayonunda uşaq tədris müəssisəsi zərbəyə məruz qalıb.
Solomyanski rayonunda beşmərtəbəli yaşayış binasına raket düşüb. Xilasetmə əməliyyatları zamanı dağıntılar altından 12 yaşlı qızın meyiti çıxarılıb. Üç nəfər xilas edilib, bir nəfər isə xəsarət alıb. Bundan başqa, Kardiologiya İnstitutunun binasına zərbə endirilib, dağıntılar altından 2 nəfərin meyiti çıxarılıb.
Kiyev şəhər administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, digər məntəqədə də bir nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin dayı 4 nəfərə çatıb, 10-a qədər yaralı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 28 Sentyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















