Rusiya ordusu Şərqi Ukraynada da irəliləyir, gedişat rəsmi Kiyev üçün ürəkaçan deyil ŞƏRH
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər Rusiya Kursk istiqamətində əlavə qüvvələr cəlb edir. Artıq xüsusilə həmin istiqamətdə gərgin döyüşlər gedir.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib ki, Rusiya prezidenti Vladimir Putin Kursk məsələsini danışıqlar predmetindən çıxarmaq istəyir:
““Forbes” jurnalı isə bildirir ki, bu hücumlar zamanı Rusiya tərəfi inanılmaz dərəcədə böyük itkilərə məruz qalıb. 82 texnika və çoxlu sayda canlı qüvvə itirən Rusiya yenə də əks həmlələrə davam edir. Bu, gözlənilən idi. Çünki Rusiya cəmiyyətini, insan həyatına baxışını hər birimiz çox gözəl bilirik. Lakin Rusiya ordusu Şərqi Ukraynada da irəliləməkdədir. Gedişat rəsmi Kiyev üçün ürəkaçan deyil”.
Ekspert qeyd etdi ki, Kiyevə dəstək azalarsa, daha çox ərazinin itirilməsi ilə barışmalı olacaq:
“Savaş bu ərazilərin Rusiyaya keçməsi ilə başa çatacaqsa, vaxt itirmədən Türküstan ölkələri ilə Türkiyə arasında Şuşa bəyannaməsinə bənzər bir sənəd imzalanmalıdır. Doğrudur, bu da problematik məsələdir və daha geniş analizə ehtiyac var”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















