Rusiya ordusu Türkiyəyə məxsus yük gəmisinə zərbə ENDİRDİ
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Rusiya Silahlı Qüvvələri Qara dənizdə Türkiyəyə məxsus mülki yük gəmisinə zərbə endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində gəmidə yanğın baş verib və heyət üzvlərindən iki nəfər yaralanıb.
Rusiya ordusu pilotsuz uçuş aparatı vasitəsilə Vanuatu bayrağı altında üzən (lakin Türkiyəyə məxsus olan) "ANT" adlı yük gəmisinə hücum edib. Hücum zamanı gəmi Türkiyə istiqamətində hərəkətdə olub. Zərbə nəticəsində gəmidə yanğın başlayıb.
Ukrayna HDQ və Dəniz Axtarış-Xilasetmə Xidmətinin bölmələrinin müdaxiləsi sayəsində gəmidəki yanğın qısa müddətdə lokallaşdırılıb. Xəsarət alan iki heyət üzvü dərhal təxliyə edilərək tibb müəssisəsinə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 29 May 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















