Rusiya ordusu Ukraynanın şəhərlərinə 450 dron və 30 raketlə zərbə endirib
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Rusiya ordusunun ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə etməklə Ukrayna ərazisinə endirdiyə zərbə nəticəsində 2 nəfər yaralanıb, iri şəhərlər işıqsız və susuz qalıb.
Moderator.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında etdiyi paylaşımda bildirib.
“Odesa vilayətində iki nəfər yaralanıb. Ölkə üzrə ondan çox mülki obyektə ziyan dəyib. Bu gecə Kirovoqrad, Nikolayev, Odesa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərinə endirilən zərbələr nəticəsində minlərlə ailə hazırda işıqsız qalıb. Dnepropetrovsk və Çerkası vilayətləri də atəşə tutulub. Düşmən ümumilikdə 450-dən çox zərbə dronu və müxtəlif tipli 30 raketdən istifadə edib. Vəziyyəti bərpa etmək və yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bərpa işlərinə cəlb olunan bütün insanlara təşəkkür edirəm”, - Zelenski qeyd edib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 13 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















