Icma.az
close
up
RU
Rusiya ordusunda “bütpərəstlik”, satanizm... Patriarx Kirildən çağırış

Rusiya ordusunda “bütpərəstlik”, satanizm... Patriarx Kirildən çağırış

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Budur, gözlənilməz bir bəla! XXI əsrdə Müqəddəs Rusiyanın ərazisində "dəlilər" peyda olacağına kim inanardı ki, onlar paqanizmi dirçəldəcəklər? "Xüsusi Hərbi Əməliyyat” (SVO) bölgəsində bu cür hallar ilə qarşılaşan dini işçilərimizə, hərbi qulluqçuların şüurunda neo-paqanizmin təsirinin tamamilə qarşısını almaq üçün xüsusi təşəbbüs göstərməliyik".

Qaynarinfo xəbər verir ki, bunu Ukraynaya qarşı mübarizə aparan ruslarda "neo-paqanist" düşüncələri görünməyə başladığını və buna qarşı mübarizə aparmaq lazım olduğunu bildirən Moskva və bütün Rusiyanın patriarxı Kiril Moskva mitropoliyası kleriklərinin iclasında deyib.  

Onun sözlərinə görə, çoxsaylı kilsə işçiləri artıq "saxta dini yalnışlıqlardan imtina etmələri üçün insanları inandırmaqda" "məqsədyönlü fəaliyyət göstəriblər", kilsə alimləri isə son vaxtlar neo-paqanizm və bu fenomenə qarşı mübarizə mövzusunda bir çox araşdırma və təlimatlar yazıblar. Müharibə zonasına gedən keşişlərə Rusiya Pravoslav Kilsəsinin rəhbəri bu sahədə seminarların və ya qısa kursların təşkil edilməsini tövsiyə edib. Daha əvvəl patriarx Kiril bildirmişdi ki, hərbi münaqişə "deformasiyaya uğramış ruhi formaların həyatını ortaya çıxarır" və müharibəyə qatılanlar arasında neo-paqanizmin populyarlıq qazanır, çünki bu inancda zorakılıq və güc mühüm yer tutur.  

Yanvar ayının sonunda Rusiya Pravoslav Kilsəsinin rəhbəri satanizmə qadağa qoyulmasını və onu "ekstremist hərəkat" elan edilməsini təklif edib. "Düşünək: "xüsusi hərbi əməliyyat” zonasında cəbhə xəttində bizim döyüşçülər həyatlarını satanistlərin açıq şəkildə əzib keçdiyi dəyərlər uğrunda fəda etməyə hazırdırlar", – deyə patriarx qeyd edib. Həmçinin Kiril okkultizmi "ideoloji diversiya" adlandıraraq, Rusiya vətəndaşlarını "destruktiv dini təlimlərə və praktikalara qarşı mübarizəyə" çağırıb. Bu arada, patriarx, ölkədə "saxta bütpərəst tədbirlərinin" keçirilməsi haqqında məlumatları diqqətlə izləməyi tövsiyə edib.  

Rusiya Dövlət Dumasında satanizmə qadağa qoyulması ideyası 2024-cü ilin yayında müzakirə edilib. "Bu gün bizə qarşı faşistlər, satanistlər və nasistlər mübarizə aparırlar ki, onlar bəd güclərə arxalanır. Heç bir müzakirə lazım deyil, sadəcə terrorçu, ekstremist və destruktiv ideologiyanı təbliğ edən bütün təşkilatlar qadağan edilməlidir", – deyə vətəndaş cəmiyyəti və ictimai və dini birliklər üzrə komitənin rəhbəri Olga Timofeyeva bildirmişdi.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri