Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Belarus prezidenti Aleksandr Lukaşenko müharibəni dayandırması üçün Ukraynaya çağırış edib.
APA xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində danışıb.
Lukaşenko Ukraynanı dayanmağa çağırıb. O bildirib ki, “əks halda onlar bütün Ukraynanı itirəcəklər”.
Lukaşenkonun sözlərinə görə, Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq. Buna görə də “üç slavyan ölkəsi” masa arxasında əyləşməli və müharibənin dayandırılması ilə əlaqədar razılığa gəlməlidir: “Biz üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik”.
Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaq istədiyini bildirib: “Mən sadəcə onunla danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb”.
O qeyd edib ki, bütün cəbhələrdə, xüsusilə də bəzi bölgələrdə ruslar praktiki olaraq böyük yaşayış məntəqələrini ələ keçiriblər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Sentyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















