Rusiya ordusunun “İskəndər” anbarı məhv edildi
Icma.az, Adelet.az saytına istinadən bildirir.
Ukrayna ordusu müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya Silahlı Qüvvələrinin “İskəndər” əməliyyat-taktiki raket sisteminin saxlanma yeri və “Rubikon” bölməsinin uzaqdan idarəetmə məntəqəsinə zərbələr endirilib.
Adalet.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Pasiçne kəndində “İskəndər” operativ-taktik raket kompleksinin saxlanma yerinə dəqiq zərbə endirib. Zərbə nəticəsində güclü partlayışlar baş verib.
Həmçinin, Vysoke kəndidə “Rubikon” bölməsinin idarəetmə məntəqəsi məhv edilib. Hədəflər PUA-larla vurulub.
Ukraynanın xüsusi əməliyyat bölmələrinin FP-2 dronları ilə Rusiyanın arxa cəbhəsi və əməliyyat infrastrukturuna zərbələr endirdiyi də bildirilir. Bu bölmələr 9-14 fevral tarixlərində işğal olunmuş ərazilərdə 10-dan çox hərbi obyekti uğurla məhv edib.
Qeyd edilib ki, zərbələr əsasən şəxsi heyətin cəmləşdiyi yerlər, sursat və yanacaq-anbarları, hərbi texnikaların dayanacaqlarına yönəldilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 17 Fevral 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















