Icma.az
close
up
RU
Rusiya ordusunun Ukraynada itkiləri kritik həddə çatıb Yeni rəqəmlər açıqlandı

Rusiya ordusunun Ukraynada itkiləri kritik həddə çatıb Yeni rəqəmlər açıqlandı

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədə təsdiqlənmiş insan itkisi 109 625 nəfərə çatıb. Bu rəqəmləri “Mediazona” və BBC-nin Rusiya xidməti öz müstəqil araşdırmaları əsasında təqdim edir. Onların məlumatına görə, yalnız son iki həftədə – 9 maydan bu günə qədər 2009 rusiyalı hərbçi həlak olub.

Qeyd edək ki, Rusiya hökuməti 2022-ci ilin fevralından bəri Ukraynadakı hərbi itkilərlə bağlı rəsmi statistika açıqlamır. Məlumatlar məxfiləşdirildiyindən, “Mediazona” və BBC əməkdaşları, həmçinin könüllülər bu rəqəmləri açıq mənbələr – sosial şəbəkələr, nekroloqlar, “Telegram” kanalları və məzarlıqlardan əldə etdikləri bilgilər əsasında toplayırlar. Bu isə o deməkdir ki, real itkilər rəsmi göstərilənlərdən xeyli çox ola bilər.

Bu dəfəki hesabatda diqqətçəkən mənbələrdən biri – tanınmış pro-hökumət müğənni Vika Tsıqonova olub. O, Moskva yaxınlığındakı Myşetskoye qəbiristanlığını ziyarət edib və “Telegram” kanalında paylaşdığı videoda orada 33 yeni qəbir olduğunu bildirib. Lakin “Mediazona” araşdırma nəticəsində 34 nəfərin dəfn edildiyini aşkar edib. Onlardan yalnız ikisinin adı əvvəlcədən məlum olub, digər 32 nəfərin kimliyi sonradan müəyyənləşdirilib. Bu fakt ictimaiyyətdən minlərlə ölüm xəbərinin gizlədildiyini, ailələrin isə susmağa məcbur edildiyini göstərir.

Myşetskoye qəbiristanlığı 2024-cü ilin noyabrından etibarən intensiv şəkildə istifadə olunmağa başlanıb. “Mediazona”nın apardığı araşdırmaya əsasən, 23 nəfər bu tarixdən sonra orada dəfn edilib. Qəbir daşlarında göstərilən tarixlər ölüm dalğalarının ardıcıl və kütləvi xarakter daşıdığını ortaya qoyur.

Kimlər ölür? – Könüllülər, məhkumlar, səfərbər olunanlar

Hesabatda ölənlərin sosial mənsubiyyəti də təhlil edilib

-27 mindən çox şəxs könüllü olaraq döyüşlərə qatılıb – bu, ümumi itkilərin təxminən 25%-ni təşkil edir;

-17 mindən çox ölən isə məhkumlardır – təxminən 16%;

-12 mindən artıq şəxs səfərbərlik yolu ilə cəbhəyə göndərilib – bu da 11%-ə yaxın göstəricidir.

Bu statistika Kremlin "ictimai səfərbərlik əhval-ruhiyyəsi" tezisini ciddi şəkildə zədələyir. Əslində, döyüşlərdə daha çox sosial baxımdan zəif təbəqələrin və məhkumların həlak olduğu görünür.

İtkilərin miqyasının yüksək olması, faktların ailələrə və ictimaiyyətə açıqlanmaması Rusiya daxilində sosial narazılığı artırır və Kremlin informasiya nəzarətindəki boşluqları üzə çıxarır. Bu boşluqlar müstəqil medianın araşdırmaları ilə bir qədər dolsa da, hakimiyyətin legitimliyinə ciddi zərbə vurur.

“Mediazona” və BBC-nin təqdim etdiyi məlumatlar göstərir ki, Rusiya dövləti hərbçilərinin taleyini cəmiyyətə etibar edə bilmir. Müharibənin üçüncü ilində bu miqyasda itkilər artıq təkcə cəbhədə deyil, siyasi müstəvidə də məğlubiyyətin göstəricisidir.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri